')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin uğursuz hesabatı (KİÇİK QEYD)

"Neftçi"nin uğursuz hesabatı (KİÇİK QEYD)


oxunma sayı: 653 Paylaş:

FutbolPress"Neftçi” PFK-nın Müşahidə Şurasının 14.04.2016-cı il tarixində keçirilmiş iclasında şurasının təsis olunmasından indiyə kimi ötən 1 il müddətində görülmüş işlər barəsində geniş hesabat təqdim edilmişdi.

Hesabatda tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun əsas komandası və futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumatlar yer alıb. (neftchipfc.com)

Klub saytının bu xəbərində hesabatın PDF variantı yerləşdirilib, tanış olmaq istəyənlər yükləyib, baxsın. 

A
ncaq işin çiy tərəfi də qabarıq şəkildə gözə girir/toxunur. İri həcmli hesabatda maliyyə detallarına qətiyyən toxunulmayıb. Dünya praktikasında belə hesabat formatına hələ rast gəlinməmişdi.

Hələ heç bir peşəkar klub hesabat adıyla sadəcə görülən işlərdən sözbazlıqla təsvir verib, maliyyə sərfiyyatına qətiyyən toxunmamaqla dünyaya yenilik gətirməmişdi. Bunu indiki "Neftçi" rəhbərliyi etdi...

Anormallıqlar və çatışmazlıqlar seriyasının davamını gözləyək...


oxunma sayı: 653 | Paylaş:




?>