')

Bu gün:


FutbolPress.Az | AZAL-an, çıxılan, fərq... (YAZI)

AZAL-an, çıxılan, fərq... (YAZI)


oxunma sayı: 558 Paylaş:

FutbolPressQiş fasiləsindən sonra heç şübhəsiz ki, adından ən çox xoş söz etdirən AZAL-dır. Təlim-məşq toplanışını ölkə daxilində keçən, məsələn, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt” və s. kimi xaricdə toplanış keçib, müxtəlif rəqiblərlə sparrinq sınaq keçirməyən bir heyət kompakt oyunuyla, yaxşı nəticələriylə alqışları əməlli-başlı haqq edir.

Fasilədən sonra, ilk oyunda çempionatın lideri “Qarabağ”a qalibiyyətlə başladılar. Təəccüb yaradan əsas amil qələbələrin pulsuzluq fonunda gəlməsi idi. Payız aylarında xüsusən AZAL-ın məvacibləri ödəyə bilməməsi, komandada ab-havanın pis olması əsas müzakirə mövzusuna çevrilmişdisə, qış fasiləsindən sonrakı mənzərə tam başqa fikirlər yaratmaqdadır.

Qış  ulduzuna çevrilən AZAL-ın saldosuna nəzər yetirək:

19-cu tur:

AZAL – “Qarabağ” 1:0

XX
“Kəpəz” – AZAL 2:0

XXI
AZAL  - “İnter” 0:0

XXII
“Sumqayıt” – AZAL  2:0

XXIII
AZAL – “Rəvan” 1:0

XXIV
“Xəzər Lənkəran” – AZAL 0:1

XXV
AZAL – “Neftçi” 1:1

XXVI
“Zirə” – AZAL 4:2

XXVII
AZAL  – "Qəbələ“ 2:1

XXVII
AZAL – “Kəpəz” 3:0

10 oyundan 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət - bu müsbət saldoda baş məşqçi Tərlan Əhmədovun rolu danılmazdır. O, komandanı motivasiya eləməyi mükəmməl bacardığını göstərdi. Bu nəticələr “təyyarəçilər”i Avropa Liqasının biraddımlığınadək çatdırıb. Çünki 2-ci yerdəki “Zirə” və 4-cü pillədki “İnter”in qitəmiqyaslı yarışlarda iştirak edə bilməyəcəyi məlum olandan sonra Şüvəlan təmsilçisinin buna şansı yaranıb. İndi onlar qarşıdakı 8 turda bunaqədərki saldoya nail ola bilsələr, bu mikro möcüzənin öhdəsindən gələ bilərlər.

İndi bu komandanı 5-ci yerdəki “Qəbələ”dən cəmi 2, 4-cü “İnter”dən isə 5 xal ayırır. Son iki oyunda “Qəbələ”ni və “Kəpəz”i udmaqla böyük ruh yüksəkliyi və özünəinam qazanan Əhmədovun “drujinası” bundan sonra nəzər nöqtəsindədir. Qarşıdakı tur – 9 apreldə “İnter” səfəri var. 5-ci turda bu rəqibə  0:1 uduzublar.  13-cü turda da iki cavabsız qolla məğlubiyyət yaşanıb. Ancaq qış fasiləsindən sonrakı yüksəliş özünü “bankirlər”ə qarşı oyunda da göstərib – 0:0.
Gözləyək və izləyək...

Elçin


oxunma sayı: 558 | Paylaş:




?>