')

Bu gün:


FutbolPress.Az | "Qəbələ": bir addım qabağa, iki addım dala (QEYD)

"Qəbələ": bir addım qabağa, iki addım dala (QEYD)


oxunma sayı: 1065 Paylaş:

FutbolPressAPL-in  28-ci turunun   "Qəbələ" - "İnter" matçında qol vurulmadı və bu, sonra turlar "Qəbələ"nin uğradığı mənfi saldo  davamı oldu. Oyunsonrası mətbuat konfransında Roman Qriqorçuk oyun haqda fikirlərinə belə başlayıb:  "Cəbhədə olanlardan xəbərdaram. Futbol haqqında danışmaq çox çətindi. Futboldan daha vacib məsələlər var. Şəhid olmuş bütün övladların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Belə gündə hər nə haqda danışsaq, ağırdı”.

Daha sonra jurnalistlərdən biri “Elə isə bəlkə futboldan danışmayaq” təklif-sualı ilə çıxış edib, Qriqorçuk da, “Sizinlə razıyam” - deyib.

***               ***               ***

Gözəl, cana yatan, emosiyalara məlhəm sayılacaq jestdir. Xoşdur - vətən üçün ağır və şərəfli günləri əcnəbi mütəxəssisin hər şeydən üstün tutması və qabartması; şərik çıxdığını bəyan etməsi...

Qriqorçuka insan və mütəxəssis kimi hörmətim böyükdür. Onun məşq prosesinə, işinə yanaşma prinsiplərinə bələd olduğumçün xal itkisinə izah verməkdənsə, futbol haqda danışmaq istəməməsini manipulyasiya hesab eləmirəm, ümumiyyətlə, neqativ heç bir düşüncəni yaxına buraxmaq istəmirəm. Lakin...

Yoldaş Qriqorçuk burda müqavilə əsasında çıxış edir və bununçün konkret məbləğ alır. Hər məğlubiyyətə görə məbləğindən silinmir ki, deyək, buna görə hesabat tələb eləmək də etik doğru olmaz və ya buna ehtiyac yoxdur və s.

“Qəbələ”də işlər yaxşı getmir. Bunza izah verilməlidir. Səbəblər soruşulanda izah edilməlidir. Komanda turnir cədvəlinin 5-ci pilləsinə yuvarlanıb və 6-cı yerdəki AZAL-la xal fərqi cəmi 2-dir. Heyəti də müəllimin özün formalaşdırıb, istədiklərini xaricdən gətirib, soruşulanda da şikayət bildirməyib, sifariş verdiklərinin alındığını deyib. OK, nədədir problem?

SOS siqnalının vaxtıdır.

Qış fasiləsindən sonra “qırmızı-qaralar”ın cızdığı qrafikə baxaq:

19-cu tur:

“Kəpəz” – “Qəbələ” 3:0

XX
“İnter” – “Qəbələ” 0:1

XXI
“Qəbələ” – “Sumqayıt”  1:0

XXII
“Rəvan” – “Qəbələ” 0:1

XXIII
“Qəbələ” – “Xəzər Lənkəran” 0:0

XXIV
“Neftçi” – “Qəbələ” 1:2

XXV
“Qəbələ” – “Zirə” 1:2

XXVI
“Qəbələ” – “Qarabağ” 1:2

XXVII
AZAL – “Qəbələ” 2:1

XXVIII
“Qəbələ” – “İnter” 0:0

İlk iki dövrə qış fasiləsindən əvvələ düşmüşdü. Həmin periodda "Qəbələ" paralel olaraq Avropa Liqasının qrup mərhələsində çıxış eləsə də, APL-dəki iddialı mövqedə davam etmək əzmindəydi. Deməli, bu komandanın potensialı iki cəbhədə mübarizə aparıb, mövqelərini verməməyə yetirdi...

Ancaq qış fasiləsindən sonra qeyri-sabit qrafik əmələ gəldi. İlkin ehtimal odur ki, komanda qış təlim-məşq toplanışını səmərəli keçməyib.  Komandanın fiziki hazırlığındakı axsaqlıqlar  özünü aşkar büruzə verir. Hərçənd hər şey bununla bitmir və yaxud bu amillə əlaqəli deyil. Çünki, məsələn, pararlel olaraq digər komandalarda da fiziki hazırlıqla bərabər, oyun keyfiyyətinin aşağı düşdüyü məlumdur/kiçik istisnalarla. Bəs onda "Qəbələ" niyə güclü sayılan rəqiblərə bir qayda uduzur, udacağı şübhə doğurmayanlarla qarşılaşmalarda isəya gücbəla qələbə qazanır. ya da xal itkisinə məruz qalır...

***               ***               ***

Qriqorçuk bunaqədərki son üç oyunun hamısında 1:2 hesabıyla məğlubiyyətə şahidlik edib. Ancaq heç birində mətbuat konfransında duruma səhih izahat verməyib. 

Legionerlərin arzulanmaz çıxışı?
- Razı deyil.

Komandanın ümumi fiziki hazırlığı?
- Bu variantı yaxına buraxmır

Psixoloji durum?
- Yenə razılaşmır.

Bəs nə?

Növbəti - XXIX turda "Sumqayıt" səfəri var. Gözləyək və baxaq...

Elçin Cəlilov


oxunma sayı: 1065 | Paylaş:




?>