')

Bu gün:


FutbolPress.Az | Vəli Qasımovun bilmədiyi (YAZI)

Vəli Qasımovun bilmədiyi (YAZI)


oxunma sayı: 684 Paylaş:

FutbolPressVəli Qasımov baş məşçi olmazdan əvvəl "Neftçi"də məsul vəzifədə çalışırdı. Qapıçı Maksim Vaylonu komandaya kimin transfer elədiyini bilmirsə, ayıbdır. Bilərəkdən bu suala cavab vermirsə, bu da anlaşılan deyil.

Çempionatın autsayderi "Rəvan"a məğlubiyyətdən sonra (0:1) keçirilən mətbuat konfransında baş məşqçi vəzifəsini müvəqqəti icra edən Qasımov müvafiq sual qarşılığında belə deyib: "Kimin gətirdiyini bilmirəm. "Neftçi"nin bütün oyunçuları yaxşıdı, ancaq bəziləri özünü doğrultmur. Özümüz də qapıçı yetişdiririk. Ola bilsin gənc qapıçımız Kamran İbrahimova şans verək". 

Mövsümə Samir Əliyevlə başlayan, sonra Əsgər Abdullayevlə davam edən "Neftçi" onunla da yolları ayırıb, Vəli Qasımovu bu posta təyin eləyib. Bir mövsümdə 3 dəfə məşqçi dəyişən "Neftçi" yanlış idarəçilik məngənəsindədir.

Qasımovun da bu postda müvəqqəti olması, yeni baş məşqçinin kimliyinə hələ aydınlıq gəlməməsi futbolçuların tam gücü ilə çıxış eləməsinə təsir göstərir.

Klub rəhbərliyi futbolun yazılmamış qaydalarından xəbərdar olsa, bilərdi ki, legionerli, yerli daxil olmaqla - futbolçu heyətdə qalıb-qalmadığına zəmanət hiss eləməmiş nala-mıxa vura-vura oynayacaq. Komandanın pis nəticələri, pis oyununa bu prizmadan yanaşıb, problemləri vaxtında ortaya çıxarmaq və həlli üçün işlər görmək lazım idi. Ancaq klub rəhbərliyinin media  ilə, ictimaiyyətlə rabitəsi getdikcə zəifləyir deyə, konkret hansı formada işlər planlandığını müəyyən eləyə bilmirik. 

***               ***               ***

"Neftçi" ötən yay heyətə cəlb elədiyi legionerlərin zəif, faydasız olduğunu gördü. Bu, seleksiya işinin keyfiyyətsiz aparılmasının göstəricisidir. Ancaq seleksiyaya məsul şəxs Bəxtiyar Musayevi bunda təqsirkar bilməkçün də yetəri arqument yoxdur. Klub rəsmisi Elnur Məmmədovun müdaxilələri haqda müzakirələr kifayət qədər olub.

Qarşıda "Neftçi"ni əzəli rəqibə qarşı oyun - Lənkəran səfəri gözləyir. İstefaya göndərilən Əsgər Abdullayev yeni təyin olunanda 8 illik səfər qələbəsi həsrətinə son qoymuşdu. Bəs pis günlərini yaşayn "Neftçi" nominal turnir sonuncusu "Xəzər Lənkəran"a qarşı necə oynayacaq?

Suallar çoxdur, "Neftçi"də isə rənglər getdikcə daha çox qarışır...

Elçin



oxunma sayı: 684 | Paylaş:




?>