Fitness hazırlıq pis vəziyyətdədir (KİÇİK QEYD)
Paylaş:
Millinin oyunçularının gövdə əzələsi qaydasında deyil. Ruslan Qurbanov təkbətək çıxacaq - rəqib korpusuna dəyib, yıxılır. Bir neçə dəfə elə oldu. "Neftçi"də də elə olur.
Daşdəmirovdan, Nazarovdan, Bədavidən və Maksimdən başqa oyunçuların "stoyka"sı yerində deyil.
Bu deffekti heç Qazaxıstanla oyun aşkarlamadı - ənənəvi problemdi. Rəqib milli oyun praktikasında axsayırdı. Heyətinin böyük əksəri yerli çempionatda oynayır, o da cəmi 2 turdur yeni mövsümə start verilib...
Ya yığma üçün, ya da klublarçün tapşırıq qoyulmalıdı ki, oyunçuların fitness hazırlığını səviyyəli məşqçilərə tapşırsınlar. Ümumiyyətlə, əksərində fitness hazırlığa fikir verilmir.
Futbolçu rəqiblə mübarizə şəraitində üstünlüyü məhz fitness yükləmənin doğru qurulması əsasında qazanır.
Məşqçilər Komitəsi, gösərən, heç bu məsələni qabardıbmı? Hər dəfə klublara görüşə gedirlər və biz bu haqda yalnız fotosessiyadan ibarət xəbər görürük. Komitənin praktikliyi hiss edilmir.
...Təxirəsalınmaz tədirə çevrilməlidir. Müasir futbolun sütun əsaslarından biri də futbolçunun fitness hazırlığıdır.
Yerli klublarda bu hazırlığı futbolçuların ənənəvi məşqlərinin içinə qatırlar. Bu, doğru deyil.
Çox az sayda klublar fitness hazırlıq məsələsinə xüsusi diqqət yetirir. Süni mübahisə və müzakirə predmeti olmasın deyə, konkret adlar sadalamırıq, ancaq Azərbaycan Premyer Liqasında çıxış eləyən klublar, xüsusən, milliyə daim oyunçusu çağırılanlar bu işi bundan sonra ciddi qurmalıdır.
Elçin
| Paylaş: