')

Bu gün:


FutbolPress.Az | Tuyqun Nadirov + Xaqani Məmmədov = Çupaçupssss... (YAZI)

Tuyqun Nadirov + Xaqani Məmmədov = Çupaçupssss... (YAZI)


oxunma sayı: 1424 Paylaş:

FutbolPressSitatlara diqqət!

Tuyqun Nadirov. “Xəzər Lənkəran”ın vitse-prezidenti:

“Heç nə şikayət-zad etməyəcəyik. Balıq başından iylənir. Bugünə kimi Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi.
...Dünənki oyunla bağlı nə deyim? Hakim meymunluqdan başqa heç nə etmirdi. Orada heç nə yoxdur və camaat da kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki...”

Xaqani Məmmədov. AFFA Hakimlər Komitəsinin sədri:
"Tuyqun Nadirov deyir ki, Azərbaycan futbolunda hakimlikdən başqa hər şey düzəldi. Mən onun fikri ilə razıyam. Düzdür, Azərbaycan futbolunda hər şey düzəlib, amma bircə Tuyqun Nadirovdan başqa... Onu da düz deyir, bu qədər aciz insandır ki, klubu bu günə salıb. "Xəzər Lənkəran" kimi komandanı necə günə salıbsa, heç Mübariz Mənsimov da onu düzəldə bilmir. Azərbaycanda bu qədər azarkeş dəstəyi olan komandanı məhz Tuyqun Nadirov bu günə salıb. Nəsillər dəyişir, futbolçular gəlir-gedir, amma Tuyqun Lənkərandan əl çəkmir. Hamını yola salır, özü qalır. Bəlkə Tuyqun Nadirov gedəndən sonra o klub düzəldi. Yəni klubun problemləri ilə məşğul olmaq lazımdır. Məhz elə onun apardığı bu bərbad siyasət nəticəsində ali futbol qurumu ilə problemlər yaşanmaqdadır. Mən transfer, borc məsələlərinə toxunmuram. Bu, klubun daxili işidir. "Neftçi", "Qəbələ" tənqid etsəydi, hardasa qəbul etmək olardı. Axı, sən hansı gününə danışırsan?" (“report”)

P.S. Bu qarşılıqlı söz atışması “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun ¼ finalında “Neftçi”yə 2 cavabsız qolla uduzmasından sonra olub. İki görüşün nəticəsində “Neftçi” yarımfinala adladı, ancaq Allah kəssin elə mərhələ keçməyi. Təcrübəsiz, motivasiyasız, stimulsuz, sadəcə, “Neftçi”yə qarşı mentalitet hirsiylə oynayan bir komandayla oyunda vasvasılıq özünü aşkar göstərirdi. Ancaq sözümüz bu oyun yox, başqa “oyun” haqdadır.

Yuxarıda gördüyünüz sitatlar  tam Azərbaycan futbolunun tablosudur. İnanın, bu iki şəxs bir-birinin tayıdır. İşində, vəzifəsində yarıtmazdırlar. 

Xaqani Məmmədov deyir ki, Nadirov klubu elə günə salıb, Mübariz Mənsimov da düzəldə bilmir. Açığı, Azərbaycan hakimliyinə komitəbaşı kimi onun vurduğu zərbə ilə Nadirovun kluba zərbəsini üz-üzə qoysan, Məmmədov nokautla qalib gələr. Heç hakimin ədalətli qərarına bel bağlamağa, ümid bəsləməyə yer də qalmaz...

Odur ki, bu iki şəxsin belə bəlağətli çıxışına, atmaca təlaşbazlığına meyvəli dada malik bir çupaçups...


Elçin Cəlilov


oxunma sayı: 1424 | Paylaş:




?>