"Palermo"da cari mövsümdə 8-ci baş məşqçi
Paylaş:
Cüzeppe Yakini ilə yollarını ayıran "Palermo"nun yeni baş məşqçisi müəyyənləşib.
Siciliya təmsilçisinin sükanı Valter Novellinoya həvalə olunub. Bu barədə məlumatı klubun saytı yayıb. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi "Palermo"da çalışacaq. Novellino artıq bu gün komandanı məşqə çıxarıb. O, daha əvvəl “Napoli”, “Samdoriya” və “Torino” kimi klubların da baş məşqçisi olub.
Novelinə bu mövsümün gedişində “sarı-göylər”ə rəhbərlik edən 8-ci mütəxəssisdir. Daha əvvəl Cüzeppe Yakini (iki dəfə), David Ballerdine, Fabio Viviani, Gilyermo Skelotto, Covanni Tedesko və Covani Bosi komandanı çalışdırıb.
Hazırda hesabında 27 xal olan "Palermo" A seriyasında 17-ci pillədə qərarlaşıb.
| Paylaş: