')

Bu gün:


FutbolPress.Az | Vəli Qasımovun "Dalda problemlərimiz vardı" ifadəsinin tarixçəsi  (KİÇİK QEYD)

Vəli Qasımovun "Dalda problemlərimiz vardı" ifadəsinin tarixçəsi (KİÇİK QEYD)


oxunma sayı: 818 Paylaş:

FutbolPressBerti Foqtsa verilən dünyaca məşhur "Aftafa kubok"dan sonra - Belçika ilə oyunun (0:1) ardınca mətbuat konfransına Foqts yox, köməkçisi Vəli Qasımov gəlmişdi.

Qasımov  başladı bərbad azərbaycancasıyla məğlubiyyətə izahlar verməyə. Orda bir fikir səsləndirdi ki, "Dalda problemlərimiz vardı, ona görə buraxdıq. Ancaq daha çox buraxa bilərdik" (Buraxmaq deyəndə, qolu nəzərdə tuturdu).

Mən üç dəfə cəhd elədim, "Aftafa kubok" ideyaçısı olduğumçün sual verməyə imkan verilmədi. Axır, birtəhər buna nail oldum. Sualım isə belə oldu:
"Vəli müəllim, bayaq dediniz, dalda problemlərimiz vardı.. çox ağır idimi problem?". Yerdən gülüşmələr başlasa da, Vəli iqlimi hiss eləmədən yenidən başladı "daldan problemlər" deyə-deyə danışmağa. Sonra bu ifadə dillər əzbəri oldu.

İndi Vəli "Neftçi"nin baş məşqçisidi. Bu da o deməkdir ki, "Dalda problemləri" olan bir klubu həm də "Qabaqdan problemlər" gözləyir. "Xalq komandası"nın gələcəyi naməlumluğunu möhkəmləndirməkdə davam edir.

Elçin Cəlilov


oxunma sayı: 818 | Paylaş:




?>