"Arsenal"ın daha 3 futbolçusu zədələndi
Paylaş:
İngiltərə FA Kubokunun 1/8 final mərhələsinin təkrar matçında “Arsenal” “Hall Siti”ni 4:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Ancaq qələbə “topçular”a itkilər hesabına başa gəlib. Belə ki, bu matçda Arsen Vengerin komandasında 3 futbolçu zədələnib.
Qarşılaşmanın 32-ci dəqiqəsində müdafiəçi Per Mertezaker zədələnərək oyuna davam edə bilməyib.
57-ci dəqiqədə əzələsi dartılan Qabriel Paulista Aaron Remzi ilə əvəz olunub. Ancaq uelsli futbolçu da matçı tamamlaya bilməyib. 71-ci dəqiqədə çiyinindən xəsarət olan oyunçunun yerinə 18 yaşlı Cef Reyn-Adeleyd meydana çıxıb.
“Arsenal”ın heyətində Petr Çex, Santi Kazorla, Tomaş Rositski, Cek Uilşir və Aleks Oksleyd-Çemberleyn də zədədən əziyyət çəkir.
| Paylaş: