FA Kuboku: "Arsenal" 1/4 finalda (VİDEO)
Paylaş:
İngiltərə FA Kubokunda 1/8 final mərhələsinin son oyunu keçirilib.
İlk görüşdə qolsuz bərabərliyə razılaşan "Hall Siti" və "Arsenal" təkrar matçda qüvvələrini sınayıb.
“Topçular” bu dəfə Çempionşip təmsilçisinə heç bir şans verməyib. Olivye Jiru və Teo Uolkottun dublu şimalı londonlulara 4:0 hesablı qələbə qazandırıb.
“Arsenal”ın 1/4 finaldakı rəqibi “Uotford” olacaq.
İngiltərə FA Kuboku 1/8 final
8 mart (çərşənbə axşamı)
“Hall Siti” – “Arsenal” 0:4
Qollar: Jiru, 41; 72. Uolkott, 78; 88
| Paylaş: