')

Bu gün:


FutbolPress.Az | Emil Balayevin komandasında xorvat baş məşqçi

Emil Balayevin komandasında xorvat baş məşqçi


oxunma sayı: 208 Paylaş:

FutbolPressAzərbaycanlı qapıçı Emil Balayevin heyətində yer aldığı "Ayntraxt"ın yeni baş məşqçisi məlum olub.
 
Armin Fedən sonra Frankfurt təmsilçisini xorvatiyalı Niko Kovaç çalışdıracaq.
 
2015-ci ildə Xorvatiya millisinin baş məşqçi postundan ayrıldıqdan sonra işsiz olan 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”la 2017-ci ilin iyul ayına kimi müqavilə imzalayıb.
 
Kovaç Xorvatiya millisinin baş məşqçisi olarkən Berti Foqtslu yığmamızı Osiyekdə 6:0 hesablı darmadağına uğratmışdı. Məhz həmin oyundan sonra Foqts millimizdən istefa vermişdi.
 
"Ayntraxt" Bundesliqada 24 xalla 16-cı sırada yer alıb.


oxunma sayı: 208 | Paylaş:




?>