Türk mütəxəssis italyan klubuna doğru
Paylaş:
“Latsio”nu gələn mövsümdən Ersun Yanal çalışdıra bilər. Bu barədə məlumatı “Calciomercato” saytı yayıb.
Xəbərdə hazırki baş məşqçi Stefano Piolinin cari mövsümün sonunda Roma təmsilçisindən gedəcəyi bildirilib.
“Latsio”nun idman direktoru İqli Tare artıq iki dəfə türkiyəli mütəxissislə görüşüb. Son belə görüş fevralın 18-i İstanbulda baş tutub.
Ersun Yanal “Fənərbağça”nı Türkiyə çempionu etdikdən sonra bir müddət “Trabzonspor”da çalışıb. “Bordo-mavili” komandadan ayrıldıqdan sonra şərhçilik fəaliyyətinə başlayıb.
| Paylaş: