')

Bu gün:


FutbolPress.Az | Aaron Remzinin "lənət"i davam edir - Daha bir məşhur öldü

Aaron Remzinin "lənət"i davam edir - Daha bir məşhur öldü


oxunma sayı: 1108 Paylaş:

FutbolPress“Arsenal”ın futbolçusu Aaron Remzinin “əzrayıl” missiyası davam edir. Uelsli yarımmüdafiəçi qol vurandan sonra daha bir məşhur vəfat edib. İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”in qapısını dəqiq nişan aldıqdan sonra ABŞ-ın keçmiş “first lady”si, aktrisa Nensi Reyqan həyatını itirib.

25 yaşlı oyunçunun bu “lənət”i 21 oktyabr 2008-ci ildə “Arsenal” – “Fənərbağça” matçı ilə başlayıb. Həmin gün Remzi “topçular”ın heyətində ilk qoluna imza atıb. Sabahısı tanınmış britaniyalı aktyor Devid Lloyd Meredit vəfat edib.

Oyunçu 2009-cu ilin avqustunda “Portsmut”a qol vurmaqla senator Ted Kennedinin ölümünə “səbəb” olub.

Aaron 2011-ci ilin mayında “Old Trafford”da “Mançester Yunayted”in qapısına yol tapdıqdan sonra terrorçu Üsamə bin Laden öldürülüb.

Uelslinin “başını yediyi” məşhurlar arasında “Apple” şirkətinin yaradıcısı Stiv Cobs da var. Amerikalı kompyuter dahisi Remzinin 2 oktyabr 2011-ci ildə “Tottenhem”ə vurduğu qoldan 3 gün sonra dünyasını dəyişmişdi.

“Arsenal”lının qollarından sonra vəfat edənlər siyahısında keçmiş Liviya lideri Müəmmər Qəddafi, amerikalı müğənni Uitni Hyuston və aktyorlar Pol Uolkerlə Robbi Uilyams da var.

Remzi bu il 9 yanvarda “Sanderlend”lə matçda bir daha fərqlənib. Ertəsi gün isə müğənni Devid Boui ölüb. 13 yanvarda “Liverpul”u məyus etdikdən sonra aktyor Alan Rikman gözlərini əbədi yumub.
 


oxunma sayı: 1108 | Paylaş:




?>