')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanovdan xarakter nümunəsi (KİÇİK QEYD)

Qurban Qurbanovdan xarakter nümunəsi (KİÇİK QEYD)


oxunma sayı: 1006 Paylaş:

FutbolPress“Qarabağ” – “Zirə” (2:0) matçında qol vuran Mahir Mədətov qol sevincini nümayişkaranə şəkildə xarici ulduzların – konret isə Kriştiano Ronaldonun sevinmə hərəkətlərinə oxşatdı.

Burda qeyri-adi, təəccüblə qarşılayası bir şey yoxdur. Mahir kimi, Azərbaycanda da, dünyanın çox ölkəsində də gənc futbolçular belə eləməyə istəkli olur. Onlar özünü ulduzlara bənzədə-bənzədə futbola gəliblər, futbolçu olublar və qollar vurmağa, parlamağa başlayıblar.

Ancaq işin bir az birtəhər tərəfi, cana yapışmayan, isti gəlməyən yönü də var. Məsələn, qəhrəmanımız Mahir kimi -  heç özünə bənzəmək, öz tərzini yaratmaq istəmir/ən azı, belə görünür.

Bu istəyin, təşəbbüsün olmaması çox çatışmazlıq və nöqsanların gələcək əlamət(lər)i kimi təhlil edilə bilər. Bu tərz problem (adlandırmaq olarsa), onun gələcək potensialını qaranlıq tunelə sala bilər və s.

Bunlar öz yerində. Məsələyə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun reaksiyası isə ayrıca mövzudur. Alqışlanası reaksiya oldu.

Oyunsonrası mətbuat konfransında Mahirin davranış(lar)ının gələcəkdə ulduz xəstəliyi təhlükəsinə gətirib çıxarması ehtimalı soruşuldu.  Şablonla, yəni yazılmamış qaydalara görə məşqçi futbolçusunu müdafiə etməliydi, yaxud konyuktur bir cavabla episentrdən uzaqlaşdırma cəhdi eləməliydi. Əksinə, Qurbanov dedi ki, bu ehtimal var və bu xarakter(sizlik) Mədətova aid eləmək, hardasa, mümkündür: "Ancaq mən özünə də bu barədə demişəm".

Qurbanov hər futbolçunun intizama əməl etməli, öz gücünün və oyun keyfiyyətinin artırılmasına daim çalışmalı olduğunu vurğuladı. Və "Nə qədər ki Mahir mənim yanımdadır, komandamdadır, intizamsızlıq ola bilməz. Olacaqsa, komandada saxlanmayacaq" - dedi.

Bu, həm də Qurbanovdan himayəsində olan digər oyunçulara incə 
bir mesaj idi. Futbolda uğurun yarısından çoxu məhz intizamın payına düşür. Ciddi iş intizamın dostudur.

Qurbanovun belə məqamda açıq fikirli olması, konkret danışması gözəl haldır və bu xarakter nümayişini başqa məşqçilərə arzulayırıq...

Kuluarlarda söhbətlər var idi ki, Mədətov Qurbanovla münasibəti yaxın olan ailədəndir və komandasına götürməyinə səbəb də budur. Ancaq dünənki oyunda Mahirin baxımlı qolu onun bu komandaya təsadüfi götürülmədiyinə, Qurbanovun açıqlaması isə işin şəxsi münasibətlərdən asılı olmadığına əyani sübut idi. Peşəkarlığı qoruyanlar, bu prinsipə əməl edənlər hörmətə layiqdir...

Elçin 
"FutbolPress"



oxunma sayı: 1006 | Paylaş:




?>