')

Bu gün:


FutbolPress.Az | "Danışan şəkillər" (QEYD)

"Danışan şəkillər" (QEYD)


oxunma sayı: 708 Paylaş:

FutbolPressArtıq başa çatan turun mərkəzi qarşılaşması -  “Qarabağ” – “Zirə” matçına azarkeş marağı “Azərsun Arena”da keçirilən digər qarşılaşmalara nisbətən, daha çox idi. Hər halda turnir cədvəlinin lideri ilə ikincisinin qarşılaşmasında bu da gözlənirdi.

Ancaq gözlənilməyən, yox, elə gözlənilən daha bir hal oldu/təkrarlandı.

Fotoda gördüyünüz kimi, bura arenanın media sektorudur. Sektorun sağ və sol tərəfindəki sektorlardan bura keçmək istəyənlər çox olurdu.


“Qarabağ”ın mühafizə xidmətinin rəisi, mətbuat xidmətinin rəhbəri, mühafizəçilərin, hətta arada polisin də müdaxiləsinə baxmayaraq, insanlar yerində əyləşmirdi. Belədə, jurnalistlərin matçı izləməsinə, qeydlər aparmasına mane olurdular. Meydançanı yaxşı görmək mümkün olmurdu. Ayaq üstə dayanan şəxslərdən keçib boş yerlərdə əyləşməyi xahiş edəndə isə əcaib mimikalar, yüksək tonlu reaksiyalara tuş gəlirdik. Bu pilləkəndə ayaq üstə duranlar sanki prinsipinə sadiqlik andı içərək bu arenaya gəlmişdilər.

Polis arada neyləməli olduğunu bilmədiyi üçün bir qrup ayaqda dayanan azarkeşi media lojasında boş olan yerlərə tərəf gətirdi. Ancaq onlara anladıldı ki, bu yerlər boş qalsa belə, azarkeşlər bura keçməməlidir, bura məhz jurnalistlərin iş sahəsidir. Buranın təhlükəsizliyi qorunmalıdır və s.

Ancaq polisin stadionlarda mühafizənin təşkili bərbadlığını hər formada göstərmişdi, biri də bu oldu.  Bu anormallığa əncam və ya çarə isə tapılmır....

Kəsəsi, insanlar fotodan göründüyü kimi, yan-yörədəki sektorlarda boş oturacaqlara keçmək istəmirdi, ancaq pilləkənlərdə ayaq üstə dayanıb oyuna baxmağı prinsip halına salıb, inadından əl çəkmirdi.

Təfəkkür problemi “danışan şəkillər” təqdimatıyla necə də ikrah hissi yaradır...

Elçin
“FutbolPress”


oxunma sayı: 708 | Paylaş:




?>