')

Bu gün:


FutbolPress.Az | "Real" əsas hücumçusunu itirdi

"Real" əsas hücumçusunu itirdi


oxunma sayı: 294 Paylaş:

FutbolPressMadrid “Real”ının futbolçusu Kərim Benzema zədələnib. Bu barədə xəbəri klubun rəsmi saytı verib. Məlumatda fransız hücumçunun sağ ayaq əzələsində problemin olduğu öz əksini tapıb.

İspan mediasının verdiyi xəbərə görə Benzemanın zədəsi ciddidir və o, ən az 3 həftə iş başında olmayacaq. Beləliklə, 28 yaşlı oyunçu La Liqada “Levante”, “Selta”və “Las Palmas”la matçları buraxacaq. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində “Roma” ilə cavab görüşündə iştirakı da sual altındadır.

Bu mövsüm 23 matçda forma geyən forvard 23 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Benzema La Liqanın 26-cı turunda Madrid derbisinin ilk yarısında zədələnərək oyuna davam edə bilməmişdi. 


oxunma sayı: 294 | Paylaş:




?>