')

Bu gün:


FutbolPress.Az | “Bavariya”nın sabiq prezidenti azadlığa buraxıldı

“Bavariya”nın sabiq prezidenti azadlığa buraxıldı


oxunma sayı: 202 Paylaş:

FutbolPressƏfsanəvi hücumçu, “Bavariya”nın sabiq prezidenti Uli Höness azadlığa buraxılıb. 3 il 6 aylıq həbs cəzası almış 64 yaşlı futbol funksioneri vaxtından əvvəl azad edilib. 
 
Vergidən yayınmaqda ittiham olunan Höness 2014-cü il martın 13-də azadlıqdan məhrum edilmişdi. Prokurorluğun faktlarına əsasən, o, 27 milyon avro məbləğində vergini ödəməməklə dövlətin pulunu mənimsəmişdi.
 
Keçən ilin əvvəlində isə Höness cəzasının müddətinin azaldılması ilə bağlı xahişlə çıxış edib. Məhkəmə onun bütün günahı boynuna almasını və qanunsuzluğa yol verdiyi ilə bağlı etirafını nəzərə alaraq, cəzasını yüngülləşdirib. Höness ona kəsilən cəza müddətinin yarısını həbsxanada keçirdikdən sonra azadlığa çıxıb.
 
Futbolçu karyerası ərzində yalnız “Bavariya”nın formasını geyinmiş Höness Münhen klubunda 336 oyunda 115 qola imza atıb. 


oxunma sayı: 202 | Paylaş:




?>