')

Bu gün:


FutbolPress.Az | Avropa belə “Lester”lər çox görüb (YAZI)

Avropa belə “Lester”lər çox görüb (YAZI)


oxunma sayı: 1619 Paylaş:

FutbolPress

 Cari mövsüm Avropa futbolunda ən çox müzakirə edilən mövzu bəlkə də “Lester”in Premyer Liqaya hegemonluq etməsidi. Bunun nə vaxtda kimi davam edəcəyi hələ də məlum deyil. Lakin tarix göstərir ki, bu cür komandaların uğurlu çıxışı uzun sürmür. Büdrəmələr onları nəinki yüksək liqadan, hətta futboldan belə yuvarlandırır. Son 30 ildə Avropa bu cür kiçiklərin müəyyən müddətdə hegemonluğunu görüb.

“Lester” (2015/16-cı il mövsümü)

10 ay öncə “Lester” Premyer Liqanın ən zəif sakini hesab edilirdi. 2015-ci ilin mart ayının sonlarında “tülkülər” çempionatın son pillələrində qərarlaşımış, bundan xilas olmağın yollarnı axtarırdı. Yeni yüksəldiyi Premyer Liqanın ilk 5 turunda 8 xal toplayan “Lester”, sonradan keçirdiyi 24 qarşılaşmada cəmi 11 xal toplayınca, artıq autsayder libasını geyinmişdi. Lakin aprel ayında sanki komandaya “sehirli çubuq” toxundu - ardıcıl 4 qələbə onları bir qədər dirçəltdi. Sonra “Çelsi”yə doğma arenada məlubiyyətə baxmayaraq, qarşıdakı 4 oyundan 10 xal toplayaraq aktivindəki xalları 41-ə yüksəltdilər və 14-cü pillədə qərarlaşdılar. Bu uğurlu oyunlar belə onları yeni mövsüm üçün autsayder tipindən çıxarmırdı. Heyətinə əl gəzdirməyən “tülkülər” 4 mövsüm komandanın başında olan Naycel Personla da yollarını ayırdı.
Daha pisi isə onun yerinə Klaudio Ranyerinin gətirilməsi idi. Ranyeri təcrübəli məşqçi ola bilər, lakin son 3 ildə o, Avropanın ən uğursuz məşqçi adını qazanmışdı.  Son olaraq Yunanıstan millisi ilə yaşadığı faciə isə dilə gətiriləsi deyil. Belə bir anda onun “sükan arxasına” əyləşdirilməsi bir qədər tənqidlə qarşılandı. Nəticədə, “Lester”in cari ildə Premyer Liqanı tərk edəcəyini düşünənlərin sayı gündən-günə daha çox artdı.

... Lakin çempionata “Sanderlend” və “Vest Hem” qələbəsi ilə başlayan “tülkülər” növbəti 4 matçı da məğlubiyyətsiz başa vuraraq diqqəti çəkməyi bacardılar. Artıq uğurlu oyunlar fikirləri də dəyişməyə başladı: futbol ictimaiyyəti indi “Lester”in liqanı tərk edəcəyini yox, zirvədə kiminlə mübarizə aparacağını müzakirə etməyə başladı. Hazırda “Dumanlı Albion”un lideri olan “tülkülər”in bundan sonra 12 oyunu var: hansı nəticəni əldə edəcəklərini zaman göstərəcək. Ancaq bu dəqiqdir – Ranyeri özünü yenidən Avropa futboluna qazandırdı.


 
"Verona" (1984/85-ci il mövsümü)

Klubun 1903-cü ildə qurulmasına baxmayaraq, 80-ci illərə kimi italyan futbolunda heç bir ağırlığı olmayıb. 1982-ci ildə B Seriyasında çempion olandan sonra A Seriyasına yüksələn “Verona”nın heyətində elə də adından söz etdirən futbolçu yox idi. Ancaq komanda sərgilədiyi oyun nəticəsində İtaliya Kubokunun finalına yüksəlmiş, burda yalnız “Yuventus”a məğlub olmuşdular. Növbəti mövsüm də komanda uğurlu nəticələri təkrarlayır və yenə finala yüksəlir. Bu dəfə isə “Roma”ya məğlub olurlar. Sərgilədiyi oyunun mükəmməl olmasına baxmayaraq, onlar A Seriyasının favoriti hesab edilmirdilər. 1984/85-ci il mövsümündə hamı artıq onları autsaytder kimi gördüyü bir vaxtda “Verona” xalüqələr yaratmağa başaldı. Danimarkalı ulduz Preben Elkayer, alman futbolçu Hans Peter Brigel ilə güclənən komandanın ulduzları Maradona, Platini, Ziko, Sokrates kimi ulduzların kölgəsində qalırdı. Mövsüm başlayır və “Verona”nın biləyini bükən tapılmır. İlk məğlubiyyətini ilk dövrənin son turunda “Avellino”ya qarşı alan veronalılar liderliyi itirmir. Çempionluq uğrunda mübarizə aparanları utandıran “Verona” bununla tarixində ilk və tək A Seriyası çempionluğunu qazanır.



 "Deportivo" (1993/94-cü il mövsümü)

“Verona” kimi, şans sarıdan korluq çəkən komandalar çoxdu: bunlar arasında ovucunun içinə kimi gələn çempionluğu əldən verən “Deportivo”nun faciəsi daha dramatikdi. 1991-ci ildə 18 illik fasilədən sonra La Liqaya qayıdan la korunyalılar ilk mövsümdə çempionatı tərk etməkdən son anda xilas olurlar. Növbəti mövsüm Bebetonu transfer edən “Depo”, braziliyalının 29 qolu sayəsində turnir cədvəlini 3-cü pillədə başa vururlar. Onların bu uğuru təkrarlayacağına inanlar az olur. Lakin 1993/94-cü il mövsümünün 14-cü turunda ələ keçirdiyi liderliyi mövsümün son turuna kimi heç kimə vermirlər. Son turdan öncə 55 xalla “Barselona”nı bir xal qabaqlayan “Depo” “Valensiya” ilə keçirəcəkləri matçı mütələq qazanmaq məcburiyyətində olurlar. “Barsa” isə evində “Sevilya”nı sınağa çəkir. Oyunun son dəqiqələrinə kimi “Valensiya” ilə görüşdə qol səsi çıxmadığı halda, “Kamp 
Nou” sakinləri 5:2 hesablı qələbəyə sevinirlər. Oyunun 90-cı dəqiqəsində hakim “yarasalar”ın qapısına penalti təyin edir. Daim bu zərbəni yerinə yetirən Donato əvəzləndiyində bu iş Miroslav Dyukiçin üzərinə düşür. Zərbə və qapıçı topu dəf edir, “Deportivo”nun ümidləri də dəfn olunur.

"Blekbern" (1994/95-ci il mövsümü)

“Mançester Yunayted” Aleks Ferqyussonun sayəsində 26 illik çempionluq həsrətinə son qoymuşdular. Növbəti iki mövsümdə “mankunyanlar” yenə çempion olaraq, uğurlarını davam etdirmişdi və rəqib tanımamağa başlamışdılar. Həmin dönəmdə “Arsenal” və “Liverpul”un uğursuz oyunları da buna zəmin yaradırdı. Ancaq bu anda səhnəyə “Belkbern” çıxır. Mançesterlilərin çempion olduğu vaxt çempionatı  8-ci pillədə başa vuran “Belkbern” 1994/95-ci il mövsümünə fantastik başladılar. Alan Şirerin 34 qolluq macərası nəticəsində Premyer iqanın son turuna 2 xallıq fərqlə girirlər. Lakin son turda onları çətin “Liverpul” səfəri gözləyirdi. “M.Y.” isə doğma arenada “Vest Hem”i qəbul edirdi. “Enfild Roud”da 1 topla məğlub olan “Blekbern” "mankunyanların" da 1:1 hesablı nəticəsindən sonra 81 il aradan sonra Premyer Liqanın qalibi olaraq sürprizə imza atrılar.



 
"Nyukasl" (1995/96-cı il mövsümü)

“Blekbern”in İngəltərədə açdığı yolu növbəti mövsüm “Nyukasl” davam etdirdi. Yeni transfer Les Ferdinandın qısa vaxt kəsiyində komandaya uyğunlaşması və Peter Berdsli ilə David Ginolanın mükəmməl oyunu artıq çempionata marağı artırmışdı. Aprel ayının sonlarında “M.Y.” 36 oyundan 76 xalla lider olduğu halda, “Nyukasl” 35 görüşdə 73 xalla ikinci idi. Şansları eyni görünən rəqiblərdən “mankunyanlar” son iki oyunu qələbə ilə başa vururlar. “Sağsağanlar” isə “Lids”i məğlub etdikləri halda, “Nottingem Forest” və “Tottenhem”lə heç-heçə edərək əlinə düşən fürsətdən yararlana bilmirlər və çempionatı ikinci pillədə başa vururlar.

"Monpelye" (2011/12-ci il mövsümü)

“Monpelye” Fransa futboluna ortabab klublardan hesab edilirdi. Onların ən uğurlu nəticəsi 1988-ci ildə Liqa-1-i üçüncü pillədə başa vurmaları idi. 2010-cu ildə isə 5-ci olan komanda  diqqətləri cəlb etmişdilər. Bir mövsüm sonra isə “Monpelye”də vəziyyət pisləşir, komanda çempionatı tərk etməkdən son anda xilas olur. 2011/12-ci il mövsümü isə tam fərqli olur onlar üçün. Həmin mövsüm PSJ-nin birdən-birə sərmayəyə tutulması, heyətini gücləndirməsi onları ruhdan salmır. İlk dövrəni 3 xal fərqi ilə ikinci pillədə başa vuran “Monpelye” ikinci dövrədə 45 xal toplayır. Bu isə artıq çempionluqdan xəbər verir. 82 xalla tarixində ilk çempionluğu qazanan “Monpelye”, eyni zamanda 3 xallıq sistemə keçdikdən sonra ən yaxşı nəticəni göstərən ikinci komanda olur. Klub daha çox “pipikli” prezidenti ilə ad qazanıb.




Tərcümə: Samir
futbolpress.az


oxunma sayı: 1619 | Paylaş:




?>