')

Bu gün:


FutbolPress.Az | Tale Heydərov niyə imtina edib? (KİÇİK QEYD)

Tale Heydərov niyə imtina edib? (KİÇİK QEYD)


oxunma sayı: 730 Paylaş:

FutbolPressAzərbaycan futbolunu çox da uzaq olmayan gələcək.. gözləmir. SOS siqnalı çalınması həddində duruma az qalıb.

Səbəb futbolun infrastruktur halını almaması, özü özünü təmin edəcək vəziyyətə gətirilməməsidir.

Azərbaycana gələn neft pulları dövlət büdcəsinin 95 faizini təmin edirdi. Ölkə futbolunda dövr eləyən və dövrün nəticəsində əksəri ölkədən çoxan böyük miqdarda pulun axdığı mənbənin isə 100 faizi neft pulları idi.

Qara qızılın ucuzlaşması Azərbaycanda bu sahənin iflicinə səbəb olmaqdadır. Bunadək bir neçə dəfə “gizli infarkt” keçirən ölkə futbolunun yaşaması  üçün süni müdaxilələrə ehtiyac pik həddədir.
  
***                      ***                          ***

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərova AFFA rəhbərliyi təklif olunduğu son vaxtların ən maraqlı məlumatlarındandır. Ancaq ondan da maraqlısı, Heydərovun bundan imtina etməsidir.

Görəsən niyə?

Sual ritorikliyini hələ ki möhkəm qoruyub, saxlayır...

Elçin



oxunma sayı: 730 | Paylaş:




?>