')

Bu gün:


FutbolPress.Az | SEÇKİ : AFFA prezidentliyinə alternativ yoxdurmu? (QEYD)

SEÇKİ: AFFA prezidentliyinə alternativ yoxdurmu? (QEYD)


oxunma sayı: 1190 Paylaş:

FutbolPressMartın 11-də AFFA-nın hesabat-seçki konfransı olacaq. Tədbirin gündəliyində olan əsas məsələ quruma növbəti 4 ildə rəhbərlik edəcək şəxsin seçilməsidir. AFFA prezidentliyinə iddialı olanlar fevralın 25-nə qədər öz namizədliyini irəli sürməlidir.

Ancaq həmin tarixə cəmi  9 gün qalmasına baxmayaraq, hələ də heç bir namizəd qeydə alınmayıb.

Əslində bu o qədər də təəccüblü deyil. Yoxsa AFFA-da normal, standartlara uyğun seçki gözləyirik?

Yenə Rövnəq Abdullayev tək namizəd olar və yekdilliklə seçilər (?!). Zira, 2012-ci ildə olduğu kimi. O zaman ikinci dəfə prezident seçilən Abdullayevin rəqibi yox idi.

2008-ci ildəki seçkilər azacıq da olsa, “ədalətli” keçirilmişdi. Heç olmasa, onda əsas mərhələdə SOCAR prezidentinin formal bir rəqibi vardı – Həvəskar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov. Abdullayev həmin seçkidə  mümkün 29 səsdən 27-ni toplamışdı.

AFFA-da seçki həngaməsi isə qurumun yaranma tarixi ilə yaşıddır. 1992-2003-cü illər ərzindəki seçkilərin hamısını alternativi olmayan Fuad Musayev qazanıb. 2003-cü ildə klubların qiyamından sonra isə Musayev istefa vermək məcburiyyətində qalıb. Həmin ilin dekabrın 29-da VI seçki-hesabat konfransında Ramiz Mirzəyev 26 səslə prezident təyin olunmuşdu.  2007-ci il oktyabrın 30-da Mirzəyevin vəfatından sonra AFFA-ya bir müddət vitse-prezident Elşad Nəsirov rəhbərlik etmişdi. Ondan sonra baş verənləri isə yuxarıda qeyd etmişik.

Əslində, ölkə futboluna "neft buruqlarının" rəhbərliyi Azərbaycan üçün nəniki milyonlar, milyardlar bahasına başa gəldi. 2004/05 mövsümündən bu yana yerli klublara gəlib-getmiş legionerlərə sərf edilən pulları, FIFA-ya edilən şikayətlərin nəticəsində ödənilən cərimələri və s. hesablasaq, tükürpədici bir məbləğ çıxar ortaya.


Səbəb isə sadəcə səriştəsiz idarəçilik və anarxik sistemdir.

Düzünə qalsa, bu seçkilərdən də fərqli gözlənti yoxdu. Ancaq ümid edirik ki, bizdə də nə vaxtsa ölkənin əsas futbol təşkilatına bu idmana aidiyyatı olan şəxs başçılıq edəcək. Məsələn, Gürcüstanda olduğu kimi.   Daha “pley-off”la “feyr pley”in fərqini bilməyən yox. Əslində isə məsələ idarəçiliyin kimliyində, mahiyyətində deyil, sistemin sistemliliyindədir. 

Elmar Rza


oxunma sayı: 1190 | Paylaş:




?>