')

Bu gün:


FutbolPress.Az | Elşad Nəsirov vs. Rövnəq Abdullayev

Elşad Nəsirov vs. Rövnəq Abdullayev


oxunma sayı: 2977 Paylaş:

FutbolPress"Dünya mətbuatı şokdadır. Yazırlar ki, Azərbaycanda insanlar küçələrə axışıb milli valyutanın devalvasiyası nəticəsində yaranmış böhrana etiraz etdikləri bir vaxtda SOCAR Londonun ən bahalı məkanlarından birində minlərlə insana ziyafət verir, bu qədər insanı kabablardan tutmuş suşiyə, şokolad trüfellərinə qədər zəngin və bahalı mətbəxə qonaq edir. İngilis jurnalistlər SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdan bunun nə dərəcədə düzgün olduğunu soruşublar. Cavab belə olub: "Biz kefimizi korlamaq istəmədik, ona görə də xərcləri azaltmadıq". Kef elə, Azərbaycan!" - Keçmiş deputat Gültəkin Hacıbəylinin "facebook" paylaşımı.

Yeri gəlmişkən,  Elşad Nəsirovla SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında soyuq müharibə başlayıb.

Onun Abdullayevin yaxın qohumu Sadıq Sadıqovu klub rəhbərliyindən uzaqlaşdırıb Çingiz Abdullayevi ora təyinatına nail olması və nəticədə, açığa SOCAR-dan kluba ayrılan pulda bürokratik əngəllərin artması bu iki klan arasında gərginliyin aşkara çıxan bir mənzərəsi idi. Bunadək belə ehtimallara üstünlük verilirdi ki, Nəsirov kölgədə qalmağı üstün tutur və o, AFFA prezidenti postunda Rövnəq Abdullayevin yox, başqasının olmasının tərəfdarıdı. Həm bildirilirdi ki, Nəsirov bu istəyi üçün xüsusi səy göstərmir. 

Ancaq elə deyil. Kuluarlarda hasil olan qənaət bildirməyə əsas verir ki, Elşad Nəsirovun  Rövnəq Abdullayevə qarşı soyuq müharibəsi başlayıb. Sadəcə, olduqca ehtiyatlı davranır.

Abdullayevlə bunadək mübarizəyə girmiş məmurların aqibəti ona tanışdır deyə, addımlarında niyyətini büruzə verməməyə çalışır. Ancaq Nəsirovun Abdullayevə qarşı planlarının olduğu, yaxın zamanlarda futbol təsərrüfatında əhəmiyyətli dəyişikliklərin olacağı böyük ehtimaldır.

Nəsirova yaxın olan məmuarizasiyanın Abdullayevi futboldan - AFFA prezidenti postundan uzaqlaşdırmaqçün planları "emalatxananın"  əsas işi, əməliyyatıdır...

"FutbolPress"


oxunma sayı: 2977 | Paylaş:




?>