')

Bu gün:


FutbolPress.Az | Doğrudur, elədir, o cürdür. Ancaq... (KİÇİK QEYD)

Doğrudur, elədir, o cürdür. Ancaq... (KİÇİK QEYD)


oxunma sayı: 541 Paylaş:

FutbolPressHeç şübhəsiz ki, "Kəpəz"in "mürdəşirxanadan" yığışdırılıb, dirildilməsinin fərmanını AFFA prezidenti Rövnəq Abdullayev vermiş, tapşırığı yerinə yetirməkçün çalışansa klubun Müşahidə Şurasında təmsil olunan, de-fakto isə klubun dirilməsinə əziyyətkar olan Mikayıl Nərimanoğludur. 

Mikayıl bəy Rövnəq müəllimə lap  çoxdan tanışdır. Onun AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi olması, olması, olması, olması, uzun müddət olmasının səbəbi də bu tanışlıqdır.

Bu sistemdə tanışlıq baş roldadır, bacarıq ikinci, köməkçi rollarda isə müxtəlif şeylər. Sözümüz bu deyildi.

Mikayıl bəy işində pargardır.

Bunu iddia etmirik, sadəcə, yazırıq - nə qədər doğru fikir olub-olmadığını özü öz daxilində, vicdanının səsində cavablayar bu sualvari cümləni.

Məsələ odur ki, "Kəpəz"in stadionu bərbad durumdadır. Tribunalardan bir neçəsi qəza vəziyyətindədir. Bir gün hadisə ola bilər...

Dünən bu mövzuyla bağlı Nərimanoğlunu aradıq ki,  qəzalı tribunaların taleyi, klub üçün baza tikintisi planları və s. barədə sorğumuza cavab alaq. Nərimanoğlu redaksiyamızın arayışına belə cavab vermişdir: "Klubun mətbuat xidmətiylə əlaqə axlayın".

Bəli, doğru çağırış/göstərişdir, hörmətli oxucular. Ancaq bu çağırış hər dəfə belə ola, yaxud konkret sistem halında ola. Niyəsə əhəmiyyəti yüksək şeylər olanda cavab verməkdən boyun qaçırdıb, mətbuat xidmətini işarə vermək olmaya...

İlleqal səmimiyyətin rüşeymləri hiss olundu, Mikayıl bəy. Biz sizdən ala bilməyəcəyimiz cavabı sizə tabe olan qanaddan necə alaq? Yaxud sizin cavab verə bilməyəcəyiniz suala cavab üçün mətbuat xidməti vasitəsiylə material hazırlaya bilmərik. "Azərbaycan standartları və həqiqətləri" kitabının ilk cildində bu haqda geniş bilgilər vardır.

İstənilən halda, "Kəpəz"ə, onun yaşaması üçün yardımdan-filandan edənlərə, oyun olanda stadiona axışan insanlara poblemlərin həllini diləyirik; qəzasız, xətasız...

"FutbolPress"


oxunma sayı: 541 | Paylaş:




?>