')

Bu gün:


FutbolPress.Az | Nazim Süleymanova nə olub... (YAZI)

Nazim Süleymanova nə olub... (YAZI)


oxunma sayı: 720 Paylaş:

FutbolPressAzərbaycandan kənarda ən çox tanınan futbolçumuz Nazim Süleymanovdur. Ölkə xaricinə işgüzar səfərlərə getmiş idman yazarlarının əksəri təsdiqləyər ki, bizim futboldan söz-sual düşəndə, çəkilən iki addan biri Nazim olur.

Bəs Nazim Süleymanov dühası ölkə futbolunda məşqçi kimi hansı rol oynadı?

***               ***               ***

AZAL-ı ortabab klub imicindən Avropa çıxışına daşımağı bacarmışdı. Onun futbol təcrübəsi bəs eləyir ki, məşqçilik kurslarında kateqoriyalar yüksəltmədən də yaxşı komanda qursun. Bunlar işin müsbət tərəflərinin bir hissəsi.

Nazim Süleymanovun xarakteri?

İnişil “Neftçi”dən transfer söhbətlərindəki  anlaşmazlığa görə istefa verəndə media ulduzuna çevrilmişdi.

Biz xarakterli məşqçi axtarışındaykən Süleymanovun davranışı göydəndüşmə idi.

***                 ***                  ***

Sonra U-19-a baş məşqçi təyin olundu (Təyini-budaq cümləsi olmasa da, deyəsən, təyində qol-budaq izləri olmuşdu).  Komandanı Avropa çempionatının seçmə mərhələsində çıxışı ürəkaçan olmadı. Bu azmış kimi, komandada intizamsızlıq oldu və bu məqamda Süleymanovun sərt davranışı lazım olandan xeyli gec gəldi.

Heyətin əsas fiqurları ola biləcək Mahir Mədətovla Elnur Cəfərovun davranışlarına cəza kəsib, komandadan qovdu. Ancaq qovulanları  U-21-in baş məşçisi Yaşar Vahabzadə komandasına dəvət elədi.

Bu olay heç xoş deyildi. “Neftçi”dən istefa verən Süleymanovun bu məsələdə də radikal addım atacağı gözlənilirdi/gözlənilən olmadı.

Xarakter göstərib, ya bu davranışın yanlışlığı bildirilməliydi, ya da istefa verilməliydi. Əksinə, Sulya daha bir il U-19-u çalışdıracaq. Dolaşan məlumatlarda belə deyilir ki, onu AFFA rəhbərliyinə tapşırıblar...

***                   ***                    ***

“Neftçi”dən istefasıyla nüfuzunu birəbeş artıran qəhrəmanımızın sonradan eyni xarakteri nümayiş etdirməməsi  haqqında dolaşan bu şaiyəni də inandırıcı qarşılamağa əsas verir. Həm bu məlumat kifayət qədər ciddi mənbələrdən yayılıb.

Deməli, Süleymanovun “Neftçi”dən istefası da AFFA rəhbərliyinə xoş gəlməkçün idi (?). ...Ovaxtkı klub və assosiasiya rəhbərliyinin münasibətləri isti deyildi.

Süleymanovun bu addımı  U-19-a dəvət alıb, “başını aşağı salıb” “çörək pulunu” qazanmaq qərarı vermiş xaraktersiz obrazını canlandırır indi... Bu orazı dağıtmaqçünsə sıralanan uğursuz nəticələri düzəltməkmi, yaxud formalaşdırılmış xarakterə zidd detalları unutduracaq addımlar atmaqmı - nəsə olmalıdır...

Elçin Cəlilov



oxunma sayı: 720 | Paylaş:




?>