')

Bu gün:


FutbolPress.Az | Çox vacibdirmi qadın futbolu? (KİÇİK QEYD)

Çox vacibdirmi qadın futbolu? (KİÇİK QEYD)


oxunma sayı: 506 Paylaş:

FutbolPress17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Komandalar fevralın 23-də saat 18:00-da, fevralın 25-də isə saat 11:00-da qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq.

***                      ***                        ***   

Yoldaş AFFA, əgər bir neçə il əvvəl qadın futbolu bu ölkədə federasiya halında ləğv edilmişdisə, hətta UEFA-dan sanksiya tətbiq olunmuşdusa, sonradan qadınlardan ibarət müxtəlif yaş qrupları üzrə yığmaların yaradılması, saxlanması niyə bu qədər vacib oldu?

Müşahidələr göstərir ki, xaricdə ən çox toplanışı məhz qadın futbolu yığmaları keçir.

İndiki halda, AFFA-nın büdcə xərclərini xeyli azaltdığı, bir neçə prosesi təxirə saldığı bir məqamda qadın futboluna bu qədər xərcin çəkilməsində məntiqi tapmaq çətindir. 

AFFA rəhbərliyi, İcraiyyə Komitəsi bu məsələyə baxsa, xeyir iş tutar.


oxunma sayı: 506 | Paylaş:




?>