')

Bu gün:


FutbolPress.Az | Analoqu olmayan komissiya (VİDEO)

Analoqu olmayan komissiya (VİDEO)


oxunma sayı: 475 Paylaş:

FutbolPressAFFA-nın xüsusi komissiyası ötən ilin noyabrında sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırıb, dünən qərarı açıqladı.

 Videogörüntülər 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində "Osiyek (Xorvatiya) - "Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb.

Videogörüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, oyunun yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

 AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmışdı.  Komissiya üzvləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov olub. Onlar hesab ediblər ki, iddia əsassızdır.


***              ***              ***

Təhlükəsizlik Şöbəsinin və xidmətinin rəislərinin işə belə elliklə cəlbi nə gülməlidir. Hətta Rəmiş Malıyevə də hüquq müstəvisinin ovallığı, kələ-kötürlüyü haqda söhbət eləməyə, mübahisə qopartmağa dəyər. Məlik Həsənovun isə siqaret tüstüsündən gözləri açılsa, aydınlıq gələrdi bəlkə məsələyə. Bunlar heç,  bəs Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov... Vaqif müəllim, sizin ədalətdən danışanda gözləriniz işıldayırdı həmişə. Bu videoda Xaqani Məmmədovun rüşvətdən söhbət açdığını bilməkçün hətta ətalətinizi  pozmağa belə ehtiyac yox idi.

Onda niyə siz heç olmasa fərqli fikir bildirməmisiz?

Adətən, dünya praktikasında iş araşdırılması üçün yaradılan komissiyalarda yekdil fikir olmur. Orda səs çoxluğu olan mövqe əsas götürülür. Bizdə analoqu olmayan şeylərdən bri də budur ki, komissiya yaradılır, ancaq bütün komissiya əhli eyni fikirdə olur. Bu da saxtakarlığın bariz nümunəsidir, and içməyə gərək varmı, Sadıqov?

Mümkünsə, bu barədə müsahibə və mübahisə edək...




oxunma sayı: 475 | Paylaş:




?>