')

Bu gün:


FutbolPress.Az | "CBC Cup"ın "Ulu öndərə həsr olunmuş" olması barədə  (QEYD)

"CBC Cup"ın "Ulu öndərə həsr olunmuş" olması barədə (QEYD)


oxunma sayı: 580 Paylaş:

FutbolPressQış toplanışını ölkə daxilində keçirəcək Premyer Liqa klubları arasında "CBC Cup" turniri keçirilməli idi.

Ancaq turnirin formatında dəyişiklik olub.  I Divizion təmsilçisi "Şərurspor"un rəhbərliyi AFFA-ya müraciət edərək bu turnirdə dəyişiklik olmasını istəyib. Yeni formata görə, "CBC Cup" adını dəyişərək "Ulu öndərə həsr olunmuş" turnir adını alıb. Bu turnirdə 8 klub iştirak edəcək. Bu klublar "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK-dir.

Turnirin mükafat fondu "Şərurspor" rəhbərliyinin təşəbbüsü ilə 10 min manat olaraq göstərilib. Püşkatma bu gün baş tutacaq (Sportal.az).

***             ***              ***

Xəbər və mövzu ətrafında hansısa tərəfin mövqeyi hələ açıqlanmayıb. Ancaq isti-isti bir məqama fikir verək. Mükafat fondunu I Divizion iştirakçısının himayəçisi təklif edir.

Bir xeyli miqdarda anlaşılmaz məqamdır desək, yanılmarıq. 

"Şərurspor"un prezidenti qüdrətli iddialarıyla gündəmdə olmağı bacarmışdır. Onun ilk gurultulu açıqlaması bir müddət əvvəl ölkə miqyasında səs-küyə səbəb olmuşdu. Həmin açıqlamaya baxmaq üçün aşağıdakı videoya tıklayaq.

Bir də niyə məhz turnirin adının dəyişdirilməsi vacibliyinə diqqət tıklayaq...

Bunun ideyaçısı kim olub? Nə vacib idi? Ölkə xaricinə çıxa bilməyən klubların qatıldığı turnirin adını ulu öndərə calanmasında məntiqsizlik özünü qabarıq büruzə verir. Nə dəxli var ki?

Yəqin bunu mükafat fondu təklif edən Sərdar bəy buyurmuşdur. Hələ heç nə məlum deyil, ancaq bunun ədirabadi məsələ olduğu gün kimi məlumdur. 

Əgər, məsələn, Premyer Liqanın debütantı "Zirə" Antalyaya toplanışa getməkçün pul tapırsa, dünən-srağagün AL qrupunda, ÇL mərhələlərində tüğyan edən "Neftçi" bununçün imkan tapmırsa, burdan belə nəticə çıxır ki, ölkənin iqtisadi böhranından, devalvasiyadan zərbə alan "ağ-qaralar" məhz özü bu işdə günahkardır, təqsirkardır, bir sözlə, luzerdir. Eləcə də digər gedə bilməyənlər.

Luzerlərin olduğu turnirin  adını  ulu öndərə bağlayanlar... Bu ölkədə bir ənənə var: çirkin əməllərin üstünü örtməkçün tədbirin, təşkilatın, arzunun, diləyin, əməlin adına ulu öndər donu geydirmək.. Bu ənənənin də bugünkü devalvasiya vasvasasında rolu az deyil. 

Qara qüvvələri təmizləmək turniri keçirdib, ən əvvəl belə xülyalarla ortaya atılanları aradan təmizləmək lazımdır. Lazım idi. Çoxdan...


Elçin 


oxunma sayı: 580 | Paylaş:




?>