“Los Numerados”: əfsanə olan nömrələr (YAZI)
Paylaş:
Alan Şirer 20 il öncə “Ceyms Park”ın avtomobil dayanacağında 9 nömrəli formanı geyinəndə 15 min “Nyukasl” azarkeşi bir ağızdan onun adını çağırırdı. Bu hadisədən 7 il əvvəl başqa 9 nömrəli futbolçu belə qarşılanmışdı. Lakin Şirerin mərasimi bir qədər fərqli idi.
“Müqavilə imzalayacağım gün qatar dayanacağından stadiona piyada getmək qərarına gəldim, çünki şəhəri bir az gəzmək istəyirdim” – məhşur futbolçu Miki Quin 1989-cu ildə olan hadisəni belə izah edir: “Stadiona yaxınlaşdıqca “rəhbərlik istefa” şüarlarını eşidirdim. 500-dən çox azarkeş stadionun ətarfına toplaşıb bu şüarları səsləndirirdi. Hətta birinin əlində “Miki Quin də kim?” yazılı plakat var idi. O zaman öz-özümə “Nyukasl”a xoş gəldin dedim”.
Doğrudan da Quin Nyukasla xoş gəlmişdi... Bundan öncə “Portsmut”un kapitanı olan Miki 2-ci liqada rəqib qapılarından 44 qol keçirməyi bacarmışdı. Ancaq “sağsağanlar”ın azarkeşlərinə görə Qallaker, Milborn və Makdonalddan sonra 9 nömrəni onun geyinməyə haqqı yox idi.
Alen Pandev isə Papiss Sisseni komandaya transfer edərkən ona 9 nömrəni həvalə etdi və azarkeşlərin kəskin etiraz edəcəyini bildiyindən bu sözləri dilə gətirdi: “Hər klubda böyük önləm danışay nömrələr var: “Liverpul”da 7, “Mançester Yunayted” və “Arsenal”da 10, burda isə 9. Buna görə Sisseyə o nömrəni verdim ki, məsuliyyətini hiss etsin. Bəzi formalar futbolçulardan da ağırdı”.
Uzun illər öncə “Çelsi” Cənubi Amerikaya 3 həftəlik tura yollanır və orda oynadığı 16 görüşdən yalnız 4-nü qazanır. Lakin onların sərgilədiyi oyunla yanaşı, geyindikləri forma azarkeşlərin diqqətini cəlb edir və onlar “Los Numerados” (nömrəlilər) adını qazanırlar. Həmin vaxt komanda meydana 1-dən 11-ə kimi yazılmış nömrələrlə çıxmışdılar. Bu ənənə bir müddət sonra bütün dünyaya yayılır. 9 nömrəli “Nyukasl” formasını ard-arda geyinən Qallaker və Milborn klubun tarixindən 350-dən çox qol vuraraq, 50-ci illərin sonunda forma nömrəsini əfsanələşdirən ilk oyunçular oldular. Bundan sonra Di Stefano (9), Puşkaş (10) və Pele (10) bu adı layiqincə daşıdılar.
Bu hadisədən 10 il sonra Corc Best “M.Y.”-dəki 7 nömrəli forması ilə əfsanələşdi. İşin maraqlısı odu ki, irlandiyalı futbolçu sol cinahda oynayarkən 11, ortada və sağda oynayarkən 8 nömrəli formanı geyinmişdi. Oynadığı oyunların 1/3-də isə meydana 7 nömrəli forma ilə çıxmışdı. Bestdən sonra Avropanın ən yaxşı futbolçusu hesab edilən Yohan Kroyff forma nömrəsinə anlam gətirən oyunçular arasında bəlkə də liderdi. 1970/71-ci il mövsümünə zədəli başlayan “Ayaks”lı futbolçu 9 nömrəli formanı Qerri Mürenə “uduzur” və sonradan meydana çıxdığına görə 14 nömrəli maykanı geyinir. Bundan sonra bu nömrə onun həyatını dəyişir.
İngiltərədə bu qədər cəsur bir şey gerçəkləşənə qədər Kevin Kiqan və Kenni Dalqliş “Liverpul”da 7 nömrəli forma ilə adlarından söz etdirməyi bacarmışdılar. Bununla yanaşı, 7 nömrəli forma “M.Y.”-də Koppel və Robsondan sonra “Lids”dən transfer edilən sürpriz bir futbolçuya verildi. “7 nömrəli forma Erik Kantona gələnə kimi klubda heç bir anlam daşımırdı” – bunu klubun rəsmi jurnalında çalışan Endi Mitten deyir: “Kantonanın gəlişi mətbuatın da inkişafına təkan verdi və 7 nömrəli forma özünü sübut etməyə başladı”.
Nömrələrin oyunu 1993/94-cu il mövsümündən başlayaraq, formaların arxasına adların yazılması ilə daha böyük əhəmiyyət daşımağa başladı. “M.Y.”-nin gəncləri Qarri Nevill və Devid Bekhem 27 və 28 nömrəli formaları geyinməyə başladı. “Nyukasl”dan ayrılıb “Koventri”yə keçən Quin isə 10 nömrəli formanı seçməsi ilə bağlı bunları dilə gətirdi: “Mən keçmiş adamlardanam, buna görə də 1-11 arasında bir şey seçmək istədim. Bu gün 62 və ya 99 geyinən gəncləri görəndə sinirlənirəm”. Bu fikirlərlər razılaşmayanlar da var. Keçmiş futbolçulardan Robbi Seveyci dinləyək: “Futbolçular xəyallarını sevirlər. Eyni nömrələri seçməklə, onlar nömrələrinə, nömrələri isə onlara yapışır. Məsələn, mən hər zaman 8 nömrəli forma və ağ buts geyindim. 14 nömərli forma və qara buts geysəydim, bu qədər rahat olmazdım”.
Yeni transfer olunan futbolçu komandada geyinilən forma nömrəsini istərsə, o zaman nə olar? Təbii ki, iki futoblçu və klub arasında problemlər yaşanar. Məsələn, 1996-cı ildə “Milan”dan “Vest Hem”ə transfer olunan Pauolo Futre müqavilə imzalayarkən 10 nömrəli formanı geyinmək istədiyini bildirib. Lakin oyuna çıxanda 16 nömrəli futbolkanı görüncə, işlər qarışıb. O zaman komandanı çalışdıran Harri Rednapp hadisəni belə xatırlayır: “Mənə dedi ki, Futre 10 nömrə geyinər. Eysebio, Pele, Maradona 10 nömrə geyiniblər, 16 yox. Söz savaşına çıxdıq, formanı yerə atdı və getdi”. Bir müddət sonra Con Monkur 10 nömrəli formanı Futreyə verməyə razı olur.
Bir nömrəni istəmək başqa bir şey olduğu kimi, onu istətmək tam fərqli duyğudu. Məsələn, Erik Kantona və Devid Bekhemdən sonra Kriştianu Ronaldo “M.Y.”-də 7 nömrədən əvvəlcə imtina etmişdi. Maraqlısı odu ki, “Qırmızı Şeytanlar”a trasfer olunan Şinji Kaqava da bu addımı ataraq 7 əvəzinə 26-nı seçmişdi. Və o buna belə bir açıqlama gətirmişdi: “Burada öz şərtlərimlə bir iz qoymaq istəyirəm”.
Miki Quin 1989-cu ildə “Nyukasl”a gələndə etirazlara baxmayaraq, mükəmməl oyun sərgilədi. Təbii ki, bunu etməyə də bilərdi. Makdonaldın 1976-cı ildə “Arsenal”a gedişindən sonra heç kim 9 nömrəli forma altında 20 qol səddini adlamamışdı. “Bura gələnə kimi bundan xəbərim yox idi. Elə yaxşı ki, olmayıb. Bəzi futbolçuların bu nömrəni seçməyə qorxduğunu görmüşdüm, çünki azarkeşlər üçün böyük önəm daşıyır. Bu gün böyük pullara transferlə necə əhəmiyyət daşıyırsa, həmin vaxt formalar belə əhəmiyyətli idi”. Miki Quin həmin mövsüm bütün oyunlarda ümumilikdə 39 qol vurdu. Bununla o, həm də Endi Koul, Devid Kelli, Alan Şirer, Endi Kerroll və Papis Sissenin yolunu açdığını da düşünür.
Yaxşı, bu qədər ağır bir formanın yükünü azaltmaq üçün nə etmək lazımdı? Son sözü yenə Quindən: “Doğrusunu deyim, mənə 9 nömrəli formaya cadu oldunduğunu deyəndə “mənim üçün problem deyil, mən o forma ilə meydana çıxaram və qolumu da vuraram. Qalanı mənlik deyil” demişdim. Və dediyimi də etdim. “Nyukasl”da qol atan futbolçuları sevərlər, amma 9 nömrəli oyunçuları taparlar”.
Samir
futbolpress.az
| Paylaş: