')

Bu gün:


FutbolPress.Az | Nəticə oldu, görüş olmadı... (?)

Nəticə oldu, görüş olmadı... (?)


oxunma sayı: 585 Paylaş:

FutbolPressXatırlayırsınızsa, “Qarabağ” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlayandan sonra ölkə prezidenti İlham Əliyev komanda, idarə və məşqçi heyətini qəbul eləmişdi.

Eyni uğuru qazanmış “Neftçi”ni isə qəbul eləmədi. Bu məsələ həmin ərəfələr söz-söhbətə çevrildi, müxtəlif mülahizələr  yürüdüldü, xoş olmayan məqamlar atıldı ortaya.

Ancaq AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”ni qəbul elədi. Klubun prezidenti, xalasıoğlu Sadıq Sadıqov həmin görüşdə ona “Neftçi” forması hədiyyə eləmişdi, o da Sadıqova uğurlar, komadaya daha da irəliyə getməyi arzulamışdı və s.

***              ***              ***

Zaman keçdi, daha bir Azərbaycan klubu, “Qəbələ” Avropa Liqasının qrupuna düşdü. Bu yay ikinci təsnifat mərhələsindən başlayan yol dramatik bir ssenari aldı. Bir-bir mərhələləri adlaya-adlaya gəlib qrupa düşən bölgə təmsilçisi adından söz etdirməyi bacardı...

Ancaq qrup mərhələsi bitsə də, nə ölkə başçısı, nə AFFA prezidenti hələ ki klubu qəbul eləməyib, görüş barədə heç nə danışılmır.

Bu il həm də “Qarabağ” qrup mərhələsinə yüksəlmişdi və əvvəlki nəticəsini yaxşılaşdırdı. Ancaq “atlıları” da qəbul edən/görüşən olmayıb.

Görəsən, səbəb devalvasiyadır, yoxsa...

Elçin



oxunma sayı: 585 | Paylaş:




?>