Yıxılana balta vurmamaq... (YAZI)
Paylaş:
Bilirsiz, Tuyqun Nadirov bu gün Klublar Komitəsinin sədrliyinə namizədlikdən imtina etməsi öz istəyi ilə olmayıb. Həm də bunu "istefa" kimi təqdim eləmək doğru deyil, vəzifə müddəti bitib, yeni seçkiyə namizəd olmaqdan imtina edib, yəni söhbət imtinadadır, istefada yox..
Ona qalsa, yenə namizəd olacaqdı.
O, çox uzaq olmayan gələcəkdə futboldan tamamilə gedəcək və mən bir jurnalist kimi daha normal, yaxşı, fərqli məqalələr yazacam.
Daha ciddi işlər qoyacam ortaya. Bunadək mənim mübarizəm, açıq deyirəm, birbaşa bu şəxslə idi. Mən bu saytçün nələrimdən keçmişəm. O vaxt XL-in pulu çox olanda bu adam iki dəfə saytı dağıtdırdı. Mən 1000 manatdan çox ziyana düşdüm, yenidən sayt yığdırdım, başqa problemlər və s.
2-3 ilə toparlanıb, sistemə saldığım işi məhv eləməyə qalxdı. Mən son anadək peşəkar normaları pozmadım. Məcbur etdi ki, təkbətək mübarizəyə başlayım. Tələbi o idi ki, "bəzi şeyləri" yazmayım, üzdən tənqid eləyim. Məndən belə tələb edənin məni təhqir eləməsi deməkdir...
Tuyqun həmin adam olub ki, "Neftçi" prezidenti Sadıq Sadıqova zəng edərək, "Elçinin saytına niyə reklam verirsiz, silin, qoy ağzına gələni yaza bilməsin" - deyib. Hansı ki, üzdə "Neftçi düşmənimizdir, əbədi rəqibimizdir" - deyib, XL azarkeşlərinə yaxşı görünməyə çalışırdı. Mənə bu şeylər sübutlarla göstərilənədək inanmırdım elə şeylər eləyə.
O, bu zəngdən AFFA-nın baş katibi Elxan Məmmədova da edibmiş. Bütün bu cəhdlərinin boşa çıxmasına tək səbəb bilirsiz nə olub? - Mənim bütün klub rəhbərləri, futbol idarəçiləriylə münasibətim peşəkarlığa əsaslanıb. Onlar da mənə pislik eləmək istəməyiblər. Söhbət bəlkə də məndə deyilmiş, "FutbolPress" saytının dürüstlüyünə elə futbol rəhbərlinin də hörməti olub. Sayt bağlananda neçə rəhbər mənə kömək təklif edib, məhz bu təmizliyə, doğruluğa görə. Hərçənd imtina eləməli olmuşam, elə təklif edilməsi bəsimdir, xoşdur...
Tuyquna görə mənə qarşı nəsə eləməyiblər. Mənə hörməti olan insanlar bu haqda mənə bildiriblər, məlumatlandırıblar, mən Tuyqun Nadirova üzləşmə təklif eləmişəm, boyun qaçırıb.
Onun elədiklərini hansı sayta qarşı eləsəydi, bütün hədləri pozmuşdu, mən səbr göstərdim, heç bir etik qaydaları pozmadım.
Tuyqun bu cəhdlərinin də boşa çıxdığını görəndən sonra bir neçə jurnalistə deyibmiş ki, vaxtilə reklamınızı ləğv eləmişdik, bilirsizmi niyə - Elçin demişdi bizə... İnsanda səviyyəsizliyin həddinə baxın!
Bu variant da işə yaramamışdı. Çünki mənimlə o jurnalistləri üz-üzə qoymaq bu qədər asan deyildi. Mən bunu xeyli sonra bir məşhur həmkarımdan eşitmişdim, dedim, sakitcə sür "Palmali"nin ofisinə, heç demə Elçin mənimlədir, dərhal girək içəri və söhbəti aç, üzləşək onunla. Ən yaxşı variant budur. Həmkarım mənə demişdi ki, ehtiyac yoxdur, cavabını vermişəm onun.
Bilirsiz, sadalamaqla bitməz. Mənim o vaxt yazdığım ifşaların tirajlanmaması üçün 95 faiz idman mediasının reklamını artırdı, reklam vermədiklərinə reklam verməyə başladı. Siyasi mediada yazdıqlarım manşetə çıxırdı, başladılar siyasi mediaya pul ayırmağa, pul götürməyəni də qərəzdə suçlamağa.
Sonra bu versiya da tam doğrultmadı. Başqa qeyd eləmək istəmədiyim xırda cəhdlər də doğrulmadı...
Sonra onlar "Caspian Ultras" adlı fankluba muzdlu adamlar yerləşdirib, əleyhimə kampaniya aparmağa başladılar. Axır elə oldu ki, o fanklubun da nə qədər pul aldığını, hansı tapşırıqlar aldığını öyrəndim, yazdım, ifşa elədim, onlar saytımızdan üzr istədilər, bəyanat yaydılar. İndi o fanklub təmizlənib...
Tuyqun hələ də işləməyən 2 sayta görə kimlərəsə pul verir. Çünki onlar o zamanlar mənim haqqımda bütün məlumatları toplayıb, ona ötürürdülər.
Yenə deyirəm, sadalamaqla bitməyən çirkinliklər. Elələri var ki, bura yazmaq belə istəmirəm.
Zaman elədir ki, hər şeyi qaydasına qoyur.
Mən istəsəm, o məbləğlərə razılaşıb, imkanımı yaxşılaşdırardım, heç kəs də bilməyəcəkdi və s. Ancaq...
Son seçkidə namizədliyini ona görə verməyib ki, adam özünü çox ağıllı sayıb, elə manevr etmişdi ki, bu manevrdə Rövnəq Abdullayevə zərbə vardı. Ancaq bu "çoxbilmişliyi" də ifşa olundu və Nadirova artıq ban qoyulub. O, Azərbaycan futbolunda Rövnəq Abdullayev hökuməti üçün artıq persona non-qratadr.
XL dağılmaq üzrədir. Ancaq Nadirovun Azərbaycan futbolunda qalmaq cəhdlərinin üstündən, demək olar, xətt çəkilib. Son ifşaların da bunda rolu olub.
Bu, həm də mənim Nadirovla təkbətək mübarizəm idi...
Mən ya bu adamın mənə atdığı həmlələrlə mübarizə aparmalıydım, ya da sayt çoxdan bağlanmışdı. Bu saytı bağlamaq olmaz ee! Bu 6 ildə bu saytda elə şeylər yazılıb, elə məlumatlar açıqlanıb ki, hətta özümün cürətim çatmaz bu saytı ləğv edim.
Belə, əziz dostlar. Mən demişdim, bu, bir mübarizədir, mən uduzmağı sevmirəm. Ovaxtdan buyana mənim hansı çətinliklərlə saytı ayaqda saxladığım ən yaxşı özümə məlumdur. Məqsədim bu idi ki, nədənsə asılı olmayan bir nümunə yaratmışam, bu daim yaşasın. Və üzdə təbliğat vasitəsiylə yaxşı görünənlərə layiqli "qiyməti" verək. Haqsız təriflənənlər, haqqı olmadan varlananlar, haqqı olmadan vəzifə başına keçənlərin ifşası mənə həzz verir. Mənim jrunalsit prinsipim bu olub/olacaq
Bundan sonra mən daha Nadirov haqda heç nə yazmayacam. Necə deyərlər. yıxılana balta vurmazlar...
| Paylaş: