')

Bu gün:


FutbolPress.Az | Xudahafiz, Nikolov! (QEYD)

Xudahafiz, Nikolov! (QEYD)


oxunma sayı: 705 Paylaş:

FutbolPress"İnter"in prezidenti  Georgi Nikolov 10 illik fəaliyyətdən sonra dünən klubdan ayrılıb vətəni Bolqarıstana yollanmağa hazırlaşdığını bildirmişdi.  Getməzdən əvvəl  son ürək sözlərini  icatimaiyyətlə bölüşüb:.

“Alimlər deyir ki, hətta kainatın da sonu olacaq. Hələ futbol klubunun prezidenti mandatını demirəm. On il – həm az, həm çox zamandı. Bu, sizin nə etmək istədiyinizdən asılıdı. “İnter”də isə çox yaxşı iş gördük. Həmin illərdə bizim klubun ideyasını dəstəkləyən və inkişaf etdirənlərin hesabına mümkün oldu. Nəticədə biz klub olduq. Ən vacib də bu idi. Biz də buna doğru can atırdıq. Vidalaşarkən bizim kiçik kainatın uğur qazanmasında əməyi olanların hamısına təşəkkür edirəm. Ürəkdən əllərinizi sıxır, futbol aləmində yeni uğurlu qazanclar arzulayıram”.

***                 ***                 ***

Nikolov bizim xatirimizdə köşə yazmış ilk və son futbol klubu prezidenti kimi qalacaq. Məntlərində mütaliə arealının genişliyi görünürdü. Həm açıqfikirliliyi ilə üstün idi.

Nikolovun başqa klub prezidentlərindən fərqi o idi ki,  jurnalistə, “pul verim, hünəri nədir mən deyəni yazmasın” – gözüylə baxmırdı.  Onun nəzərində futbol klubunun hansısa qəzetlə, saytla reklam pulu adı ilə maddi əlaqə qurması anormal idi. Ona görə ünsiyyətimiz alınırdı. Çünki arada kağız asılılığı xofu, psevdosəmimiyyəti yox idi...

“İnter” digər klublara nisbətən daha yaradıcı idi. Məsələn, ilk xaricə futbolu çıxartmaq cəhdi, ölkədə turnir layihələri, sosial layihələr və s. məsələlərdə öncül idilər. Ən keyfiyyətli uşaq futbol məktəbi iki dənə idisə, biri onlarınkı idi.  Ancaq bu işlərin təbliğatı yox idi, yaxud lap az media orqanında dərc olunurdu. Səbəbi bundan əvvəlki abzasda görə bilərsiz...

Azərbaycanca bilməməyinə baxmayaraq, azərbaycandilli saytlar arasında izlədikləri var idi. Və o, peşəkar jurnalistlərlə qeyri-peşəkarları ayırd eləyə bilən 1-2 klub idarəçisindən biri idi.

Nikolovun başqa klub idarəçilərindən fərqi o idi i, heç vaxt jurnalistə, “Səni kim öyrədib, bunu yazmısan” deməzdi. Çünki o, bu mühiti görməmişdi, onun içində deyildi.

Nikolovun xoşagələn cəhətlərindən biri də hansı tədbirə necə geyinmək məsələsində bilici olmasıydı. Bilirsiz, bu, vacib amildir. İnsanın intellektindən xəbər verir, dünyagörüşünü göstərir. Nadir hallarda geyim fakturasını nizamlıya bilən futbolçu, futbol funksioner, idarəçisi görərik...

Nikolovun rüşvət götürdüyünü, pul fırıldaqları eləmədiyini demək, iddia eləmək çox asandır. Çünki o, dezinformasiyaara heç vaxt reaksiya verməzdi. Bir həqiqət var, əgər dezo səni narahat edirsə, deməli, problemin olub/var. Əksər klublarda əfsus ki, bu cinahda zəiflik var. Yoldankeçən biri sayt açıb, iki-üç dezo yazsa, ona 300-400 pul verəcəklər, ki yazmasın. Əfsus ki, bizim idman mediası bu durumdadır.

Normal formada, reklam pulu alıb, doğru yazanla, dezo yazıb, hay-küy qaldıranları ayırd eləmək sıravıi oxucu üçün mümkünsüzdür. Ona görə də normal media “sarı”lardan təmizlənə bilmir.

Bizə Nikolov kimi idarəçilər lazımdır ki, "pul paylayan" yox, layihə icra edə bilənlərlə işləsin...

Nikolovun sözüylə desək, bəli, alimlər deyir ki, hətta kainatın da sonu olacaq. Əbədi heç bir proses, heç nə yoxdur. Sizin burda olmağınız xoş idi. Siz sonda gülənlərdən  oldunuz... Qarşıdakı planlarınızda, şəxsi həyatınızda uğurlar, mister! 

Elçin Cəlilov


oxunma sayı: 705 | Paylaş:




?>