')

Bu gün:


FutbolPress.Az | KK-nın iclasının vaxtı açıqlandı: seçkinin nəticəsi yenə şübhəli olacaqmı? (KİÇİK QEYD)

KK-nın iclasının vaxtı açıqlandı: seçkinin nəticəsi yenə şübhəli olacaqmı? (KİÇİK QEYD)


oxunma sayı: 819 Paylaş:

FutbolPressAFFA Klublar Komitəsinin (KK) 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb. Tədbir dekabrın 24-də "Boulevard Hotel Baku” otelində baş tutacaq.

Saat 11:00-da başlanacaq iclasın gündəliyindəki əsas məsələ KK-ya yeni sədr seçkisi olacaq. Hazırda komitəyə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.

Digər məsələlər sırasında mövsümün ilk dövrəsinin təhlili və əksər klubların üzləşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir.

P.S. Maraq doğuran məqamlarda biri odur ki, əvvəlcə mövcud sədrin yenidən seçilməsi qadağan idisə, sonradan bu, ləğv edildi. Hazırkı sədrin də şəffaf şərtlərdə seçilmədiyinə aid kifayət qədər şübhələr çıxmışdı ortaya. Maraqlıdır, qarşıdakı seçkilər necə nəticələnəcək.


oxunma sayı: 819 | Paylaş:




?>