')

Bu gün:


FutbolPress.Az | Səsini boğa bilməzlər, "Xəzər Lənkəran" azarkeşi! (FOTOLAR)

Səsini boğa bilməzlər, "Xəzər Lənkəran" azarkeşi! (FOTOLAR)


oxunma sayı: 2139 Paylaş:

FutbolPressBu pankartlar dünən "İnter" - "Xəzər Lənkəran" (2:0) oyununda açılıb. Rəhbərliyə etiraz şüarlarının müəllifi "Caspian Ultras" azarkeş qrupudur.
Vaxtilə Mais Mənsimovun tapşırığı, Tuyqun Nadirovun "sifarişləriylə" əleyhimizə kampaniya başladan bir fanklub...

Ancaq o fanklub nadürüstlərdən, satqınlardan, quyruq bulayanlardan təmizlənib. "Caspian Ultras"ı "Caspian Pultras"a çevirənlərin əleyhimizə apardığı kampaniyalara görə üzr bəyanatını verməyə vadar etdik o zaman.

Bu pankartı isə açanlar əsl XL azarkeşləridir.
Vaxt vardı klub rəhbərliyi azarkeşləri toplayırdı, guya hesabat verirdi. Nə oldu? İndi niyə etmirlər?
O zamanlar hər şey bizim yazdıqlarımıza qarşı edilirdi. Məqsəd bu idi... Bir neçə fankluba süni rəhbər seçib, onlara klubdan pul və vədlər verib, bizim əleyhimizə təbliğat aparmağı tapşırdılar.
Biz o zaman da, indi də dediyimizin arxasında qaldıq. Bizim yazmaqda, ifşa etməkdə məqsədimiz o idi ki, XL-in bu günlərə düşməməyi üçün nəsə edək. İnsanlar arasında, "Niyə məhz indi yazırlar, vaxtında niyə yazmırdılar" - tipli şübhələr yayırdılar, bizə qarşı inamsızlıq təbliğ edirdilər. Ancaq zaman göstərdi ki, biz haqlı çıxdıq.

Ümumiyyətlə, 2 il əvvəl yazdıqlarımız əks-səda doğuranda, yazdıqlarımızı sosial şəbəkələrdə paylaşanlar həddən çox olanda sanki bir neçə nəfər məhz belə adamlara qarşı kommentlər yazmaqçün təlimatlandırılmışdı. Yazdıqlarımızı niyə paylaşdıqlarını, bizim klubla şəxsi dava apardığımızı bildirirdilər. Nüfuzlu, ciddi KİV-lәrin klub haqda işalarımızı dәrc elәmәsi klubdakıların canına vәlvәlә salırdı. Halbuki, iş görmәk lazım idi.... Təbii ki, biz belə kampaniyalara qarşı heç nə etmədik. Zaman özü həll elədi. Bizim işimiz bildiklərimizi, müşahidələrimizi yazmaq idi. Həqiqət isə zamanla bərqərar oldu. 

İndi "Xəzər Lənkəran" elə gündədir ki, çempionatı tərk eləyib, I Diviziona düşə bilər. Hanı bəs azarkeşlərlə görüşlər? Hanı bəs islahatlar? Hamısı yalan vədlər idi. 
Ancaq biz yenə azarkeşin yanındayıq... Haqq səsinizi boğmağa çalışanların qarşısındayıq. Bu rəhbərlikdə XL-i, sizi düşünən yoxdur, heç düşünməyi bacaran da yoxdur. Artıq muzdlu insanlar təlimatlandırıb, şirnikləndirib, sizin aranıza salmağa pul da yoxdur. Daha əvvəlkitək, məğrur XL azarkeşi obrazıdır meydanda. 

Siz böyüksünüz, XL azarkeşləri! Sizin səsinizi boğa bilməyəcəklər!






oxunma sayı: 2139 | Paylaş:




?>