')

Bu gün:


FutbolPress.Az | Van Qal(ma)... (YAZI)

Van Qal(ma)... (YAZI)


oxunma sayı: 537 Paylaş:

FutbolPressDünən “Mançester Yunayted”  öz meydanında “Norviç siti”yə 1:2 hesabı ilə məğlub olub. Bununla da “qırmızı şeytanlar”ın qələbəsizlik seriyası 6-ya çatdı.  Son məğlubiyyət həm də MY-ni  5-ci pillləyə yuvarladıb.

Van Qal MY-nin baş məşqçisi olduğu gündən bəri komanda  hələ də öz oyununu tapa bilməyib. Komandanın həmişə oynadığı, vərdiş etdiyi və ona qələbə qazandıran sabit  taktikası yoxdur. Sanki hollandiyalı mütəxəssis hər oyuna çıxmazdan əvvəl zər atır və heyəti də buna uyğun düzür.

Runi bir həftə yarım müdafiəçi, növbəti həftə hücumçu mövqeyində oynayır. Keçən mövsüm Fellaini az qala hücumçu mövqeyində oynayırdı, ancaq Van Qal bu il belçikalını yarım müdafiəçi kimi görür. Deyli Blindi bəzən müdafiənin mərkəzində, bəzən də dayaq yarımmüdafiəçi qismində görürük. Eşli Yanqın isə cinahlarda oynamadığı mövqe qalmayıb; sağ və sol cinah yarım müdafiəçi,  həm də müdafiəçi qismində oynayıb. Van Qalın oyunçuların hansı mövqedə oynaması ilə hələ də bir qərara gələ bilməməsi və komandaya sabit  taktika qura bilməməsi “Mançester Yunayted”in uğursuzluqlarının əsas səbəblərindəndir.

Əsas oyunçuların ya çox qoca, ya da çox gənc olması

“Mançester Yunayted”in heyəti əsasən çox yaşlı, ya da çox gənc futbolçulardan qurulub. Klubu qələbəyə apara biləcək oyunçular Şvaynştaqer, Runi, Ander Herrera kimi oyunçular, artıq karyeralarının ən yaxşı vaxtlarını başa vurublar, əksi, Memfis Depay və Antoni Marsial kimi oyunçular isə komandanı qələbəyə apara biləcək qədər təcrübəli deyillər.
Komandanın kapitanı və lideri, artıq MY-nin və İngiltərə futbolunun canlı əfsanəsi olan Runi isə əvvəlki formasını itirib. Dünənki oyun Runinin “qırmızı şeytanlar”ın heyətində 500-cü idi, ancaq o, meydanda ləng təsir bağışlayırdı və komandaya liderliyi itirmişdi.

Qısa zamanda MY yüksək maaşlı və komandaya fayda verə bilməyən oyunçularla bağlı qərar verməyə məcburdu. Görünən odur ki, “Mançester”in keçmiş əzəmətinə qayıtması üçün təkcə baş məşqçi əvəzlənməsi kifayət etməyəcək. Klubda köklü islahatlara ehtiyac var, əsasən də heyətdə.

Saleh Mehdizadə
“FutbolPress”


oxunma sayı: 537 | Paylaş:




?>