')

Bu gün:


FutbolPress.Az | Qvardiola və “Bavariya” ayrılığa hazırlaşır (QEYD)

Qvardiola və “Bavariya” ayrılığa hazırlaşır (QEYD)


oxunma sayı: 968 Paylaş:

FutbolPressPep Qvardiola bildirib ki, gələn həftə “Bavariya”dakı  gələcəyi barədə qərarını açıqlayacaq. Ancaq Almaniya  mətbuatı yazır ki, Pep  artıq qərarını verib və mövsüm sonunda Münheni  tərk edəcək.  Şaiyələrə inansaq,  Qvardiola gələn mövsümdən “Mançester Siti”ni çalışdıracaq. Həmçinin kataloniyalının “Mançester Yunayted”ə və “Çelsi”yə getməsi də ehtimal olunur.

Çərşənbə axşamı “Bayern”in “Dormştad”ı  1-0 məğlub etdiyi qarşılaşmadan sonra mətbuat konfransında Qvardiola kariyerasını harda davam etdirəcəyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Mətbuat isə iddia edir ki, o,  artıq yeni müqavilə imzalamayacağı ilə bağlı hazırki klubuna məlumat verib.

Karl-Hayns  Rummenige bildirib ki, Qvardiola ilə müqavilənin uzadılması mövzusunda  ilin sonuna qədər yenidən bir masaya oturacaqlar: “Dünyada elə insanlar var ki, onları başqası ilə əvəzləmək, sadəcə, mümkün deyil”.

Kapitan Filip Lam komandanın Qvardiola ilə işləməkdən zövq aldığını və kataloniyalının müqaviləsini uzatmağını istədiyini deyib.
“Marca”nın iddia edir ki,  Qvardiola “Bavariya”nın 20 milyon avroluq yeni müqavilə təklifindən imtina edib:  “Qvardiolanın Münhendən  getmək istəyinin  səbəbi karyerası ilə bağlı fərqli planlar qurmasıdır.

Qvardiola gedərsə, yerinə namizədlər sırasında ən çox Karlo Ançelottinin adı hallanır.  “Bavariya”lılar Qvardiolanın liderliyində qitənin ən böyük mükafatını qazana bilməyiblər. Keçən mövsüm yarımfinalda turniri tərk edən Almaniya çempionu bu mövsüm 1/8 finalda “Yuventus”la qarşılaşacaq.

Saleh Mehdizadə
“FutbolPress”


oxunma sayı: 968 | Paylaş:




?>