')

Bu gün:


FutbolPress.Az | Əliyarı yetişdirmək məsələsi... (KİÇİK QEYD)

Əliyarı yetişdirmək məsələsi... (KİÇİK QEYD)


oxunma sayı: 1071 Paylaş:

FutbolPressƏliyar Ağayevin qrup mərhləsində oyuna təyinat alması Azərbaycan futbol hakimliyində ilk hadisədi.
Və nə qədər yaltaqlıq artıb Əliyara. Gah onu yetişdirdiyini deyən, gay yetişməyində dua elədiyini deyən, gah konkret yetişmə proyektini hazırladığını deyən...

Əliyarı heç kim yetişdirməyib. Azərbaycanda hakimlik məktəbi var ki kimsə kimisə yetişdirsin? Tofiq Bəhramov, Eldar Əzimov? Nrç... O, bu məktəb deyil, bu da o məktəbə aid deyil...

Bir ölkənin Hakimlər Komitəsinin sədri ki hər il bir neçə dəfə rüşvət mövzusuna qəhrəman olur; nə hakim yetişdirəcək...
Əliyar sırf öz xarakterinə, mühitinə borcludu. Bunadək olan hakimlərin qabağa getməməyinin tək səbəbi dünyagörüş barədə kasad olması, rüşvətdən başqa fantaziyalarının inkişaf eləməməsi idi. Özünü ən çox öyən futbol hakimi görsəniz də, bilin ki, yalan danışır. Çox az istisna ola bilər. O da rüşvət almayan, "hörmət" götürən... Yəni bir var, həyasızlığa salıb, manevr eləyib, pul qopartmaq, bir də var, sənə təklif olunanı götürmək - məqsədsiz... Orda da müsbət mənada say etibarı ilə çox az qismi misal çəkə bilərik.

Bir sözlə, Əliyar, "qonaqlardan 15 dənə" verən olsa da, almayacağına arxayınıq; nəinki alma, heç gözünün ucuyla da baxma. Bu ölkədə rüşvətsiz, "hörmətsiz" yaşamaq mümkündü. Biz bunu görmüşük, yaşamışıq, sən də görürsən, yaşayırsan. Bizlərdənsən! Uğurlar! Elə et ki, ÇL-in finallarında hakimlik elə. Cüneyt Çakırdan üstünsən, ki zəif deyilsən...

"FutbolPress"


oxunma sayı: 1071 | Paylaş:




?>