')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin möhtəşəm idarəçiliyi göz qamaşdırmışdır  (YAZI)

"Neftçi"nin möhtəşəm idarəçiliyi göz qamaşdırmışdır (YAZI)


oxunma sayı: 1044 Paylaş:

FutbolPress"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov Asiya Futbol Konfederasiyasının dəvətilə Tacikistana yolda düşmüşdür.  Orda "Kick off" proqramı çərçivəsində futbol infrastrukturunun və klubların idarə olunması mövzularında mühazirələr oxuyacaq. Mühazirələrə Tacikistan Futbol Federasiyası və yerli dövlət qurumlarının nümayəndələri, klub rəsmiləri qatılacaqlar. 

Vay dədə vay! Sən fərasətə bax, uğura bax!

Sadıq Sadıqovun yarıtmaz fəaliyyət göstərdiyini iddia dib, "Neftçi"ni ultra-müasir kluba çevirəcəyini bəyan edən bu idarə heyətinin vəzifə başına gələndən ən böyük uğuru bu olacaq. Pamir dağlarının ətəyində 650 mininci dərəcəyə belə aid edilməyən bir tədbirdə mühazirə deməyin romantikası müqayisəyəgəlməz hiss olsun gərək.

"Neftçi" ən pis dövründə belə, çempionatın autsayderinə öz meydanında uduzmamışdı, ancaq Məmmədov üsul-idarəsi bu fərqliliyi hamıya nümayiş etdirmişdir. Sadəcə, arzulanmayan bir şey var: bu klub baş məşqçi narazıdır, oyunçular auradan məmnun deyillər. Bu da təbii ki, düşmən dəyirmanına su axıdanların bəd əməllərindən doğan bir şeydir, keçib gedər. "Neftçi"də görülən işlər göz qabağındadır. Makulatura yığını, axmaq tədbirlər, mənasız açıqlamalar öz işini maksimum görməkdədir. Hər şey çox pisdir, zarafat bir yana, ancaq məmnun olan təkcə Məmmədov idarə rejimidir. Onlar hesab edirlər ki, bir klubu idarə eləmək su içmək kimi bir şeydir. Ancaq suyu çox içib, lənətül-şeytan, üst-baş batırmasalar bari.

Belə iş olmaz, hər şeyin bir yolu, dərəcəsi, yönü, forması var. Siz bu işi bacarmırsızsa, mümkünsə, bulaşdırmayın. "Kick off"unuzu da götürün, gedin, işinizlə məşğul olun. Yoldaş Məmmədov, siz futbol infrastrukturuna gələndən bu işə yad məxluq olduğunuzu hər formada nümayiş etdirmisiniz.  Mümkünsə, özünüzü gücbəla sırımayın, bu iş alınmır. 

Elçin CƏLİLOV


oxunma sayı: 1044 | Paylaş:




?>