')

Bu gün:


FutbolPress.Az | “Sumqayıt” – “Neftçi” matçı şübhə altında 

“Sumqayıt” – “Neftçi” matçı şübhə altında 


oxunma sayı: 578 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XI turunun ən çox nəzər çəkən matçı, heç şübhəsiz ki, “Sumqayıt” – “Neftçi” olacaq.

Niyə?

Çünki “Sumqayıt”in “Neftçi”yə xal verəcəyi şübhəsi var.

Şübhənin yaranmasına səbəb?

Çünki çempionluğa iddialı “Neftçi” 10 komandanın olduğu ölkə çempionatında 8-ci yerdədir,  son 6 turda ümumiyyətlə, qələbə üzünə həsrətdir. "Sumqayıt" isə inanılmaz sıçrayışdadır. Bu komandaların rəhbərlikləri arasında yaxın münasibətləri olanlar var. Şübhə mənbəyi də elə  burdan qaynaqlanır.

Gəlin, detallara baxaq.

 Sadıq Sadıqovun “drujinası” ilə birlikdə klub rəhbərliyindən getməsindən sonra “Neftçi”ni ələ alan Elnur Məmmədov – Müşahidə Şurası və sədri Çingiz Abdullayev gözlənilənin tam əsinə - pis nəticələrə düçar olmaqdadılar.

Onlar rəhbərliyə yeni gələndə isə iddialarının tonu tamam başqa cür idi. İndi vəziyyət elədir ki, dil qısalıb, pərt olublar və s.

Bəs “Sumqayıt”?

Baş məşqçi dəyişikliyindən sonra komanda “İnter”lə evdə heç-heçə elədi, sonra “Qarabağ”ı uddu, sonra “Xəzər Lənkəran”ı.
Çempionluğa iddialı “Neftçi”dən fərqli olaraq, onların çempionatda qalmaq uğrunda mübarizə aparacaqları düşünülürdü...

Məsələ budu ki, şübhələr səngimir. Kulisdəkilərə məlumdur ki, “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”nin icraçı direktoru, de-fakto rəhbəri olan Elnur Məmmədovla yaxın dostdur. Onların da hər ikisi AFFA-nın baş katibi Elxan Məmmədovla yaxındılar, necə deyərlər, onun futboldakı kadrlarıdı...

Sadıqovun vaxtında “Neftçi”nin qazandığı nəticələri unutdurmağı qarşıya məqsəd  qoyan bu rəhbərlik işlərin pis getdiyini görüb, “Sumqayıt”da xal istəyə bilərlər.

Bu, qeyri-peşəkar iddia olardı, ancaq iddia deyil, kulislərdə gəzən söz-söhbətlər və futbol gündəminin ən böyük dedi-qodusudur.

Ola bilər ki, “Sumqayıt”ın rəhbəri xal vermək-almaq kimi şeylərə pis baxır, ancaq bu "yoldaş məsləhəti" Elxan Məmmədovdan gəlsə, onda bəs necə...?

Elxan Məmmədov nəinki “Neftçi” rəhbərliyindəki Elnur Məmmədovla, həmçinin MŞ-nin sədri Çingiz Abdullayevlə də yaxın münasibətdədir.  Çingiz Abdullayev  Rövnəq Abdullayevin müavini Elşad Nəsirovla uşaqlıq dostudur.

Nəsirov da futbolda Elxan Məmmədovun yaxını və s.

Gördüyümüz kimi, halqavari yaxınlıq var. Ancaq bircə istək lazımdır. Bu istək də “Neftçi” üçün hava-su kimidir... Komandanın vəziyyəti yaxşı deyil. Autsayder AZAL-a belə, uduzdular. Ab-hava bərbad... Əla motivasiyada olan “Sumqayıt”a qalib gəlmək, hətta xal almaq belə çətin görünür.

Həm də statistikaya nəzər yetirsək, “Sumqayıt”ın liderlərdən “Qarabağ”la bərabər, Neftçi”yə də daim başağrısı olmağı bacardığı kimi məqam da var.

Beləliklə, noyabrın 2-də  Sumqayıtda keçiriləcək qarşılaşmaya bütün diqqətlər yönələcək.

"Sumqayıt" "Neftçi"yə oyun verəcək?

"FutbolPress"


oxunma sayı: 578 | Paylaş:




?>