')

Bu gün:


FutbolPress.Az | Klublar Komitəsinin müzakirəyə çıxardığı məsələdə yalan (QEYD)

Klublar Komitəsinin müzakirəyə çıxardığı məsələdə yalan (QEYD)


oxunma sayı: 572 Paylaş:

FutbolPressMəqsədi və faydalılıq dərəcəsi hələ də aydın olmayan Klublar Komitəsi bu gün növbəti iclasını keçirib. Komitəyə saxta yolla seçilmiş (Həmin ərəfədə bu haqda geniş qeydlər yazılmışdı) "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib ki, gündəlikdə əsas iki mövzu müzakirə olunub: “İclasda əsas iki məsələ müzakirə olundu. Bunlardan biri çempionat oyunlarının yayımı, digəri isə klublarda qadın futbol komandalarının yaradılmasıdı”.

Gülməlidir, KK-nın  əsası qoyulandan yayım məsələsini müzakirə edir. Ancaq müzakirə edilən nədir, heç nə məlum deyil. Nəyi müzakirə edirsiniz və bu qədər müzakirədən sonra nəyə təsir göstərilib, nə yoluna qoyulub... Ritorik sualdır.

İkinci vacib müzakirə mövzusuna diqqət. Premyer Liqada iştirak eləyən klubların qadın komandaları olmalıymış. Çempionatda iştirak edən klublar heç kişi komandalarını düz-əməlli saxlaya bilmir, bu nə təklifdi belə...

Tutalım, biri elə "Xəzər Lənkəran". Niyə qadın komandası yoxdu? Tuyqun Nadirov "Xəzər Lənkəran"ın maliyyə fırıldaqlarından sonra imkanlarının xeyli zəiflədiyini, FIFA cərimələrinin qalaq-qalaq yığılıb klubun imicini zədələdiyini hamımızdan gözəl bilir, ancaq utanmayanın oynamağa və ağıllı-ağıllı danışmağına şübhə yoxdur... Buyur, qadın komandasının yaradılması haqda klub prezidenti Mais Mənsimovun qarşısında məsələ qaldır.

Ümumiyyətlə, guya kiminsə klubların qadın komandalarının yaradılması təklifi üçün mütləq Klublar Komitəsinin iclası keçirilməliydi?

Və ən vacib - absurd məqam.
Deyir: "...
problem matçların eyni günə salınmasıdı. Bu səbəbdən də bir turun çox oyunu canlı göstərilmir. Buna görə, PFL-in əməkdaşını da bugünkü iclasa dəvət etdik. Ona bildirdik ki, çempionat oyunlarının 2-3 günə paylansa, daha yaxşı olar. Belədə bir tur ərzində daha çox qarşılaşma izləmək imkanı yaranar. Azarkeşləri də başa düşmək lazımdı". 

Bu, ağ yalandır. Geridə qalan 10 turun yalnız sonuncusunda turun bütün qarşılaşmaları eyni günə - oktyabrın 28-nə salınmışdı. Bunun da səbəbi məlumdur. Noyabrın 1-ə parlament seçkiləridir və bu səbəbdən həmin günə təyin olunan tur 31 oktyabra keçirilib, bundan başqa da "Qəbələ" və "Qarabağ"ın Avropa çıxışı məsələsi də var. Təqvim dəyişikliyi də klublarla razılaşdırılaraq edilir. 

10-cu turdan başqa, digər bütün turlar 2 və ya 3 günə bölüşdürülüb. Bəs Tuyqun Nadirovu narahat edən nədir? Yalan deməyə səbəb olan nədir? 

Hətta son iclasın gündəliyi də məlum deyildi. Əvvəl müzakirə mövzuları açıqlanardı, bu dəfə olmadı. Əvvəl açıqlanan müzakirə mövzuları üzə hansı işlərin görüldüyü də hesabat kimi təqdim edilməyib, həmçinin bu qurumun daha nəyi müzakirə etməli olduğu artıq özünə də məlm deyil. Vəziyyət yalan danışmağı vacib eləyir... (?)

Elçin CƏLİLOV


oxunma sayı: 572 | Paylaş:




?>