')

Bu gün:


FutbolPress.Az | Taktika: pul... (KİÇİK QEYD)

Taktika: pul... (KİÇİK QEYD)


oxunma sayı: 545 Paylaş:

FutbolPressBelə bir məsəl var: pul əl çirkidir. Söz onda deyil. "Sumqayıt"ı görürsüz nə oyun çıxarır?

VIII turda "İnter"lə heç-heçə elədi (1:1), sonra "Qarabağ"a qalibiyyət (1:0) gözləri bərəltdi, turnir cədvəlinin autsayderi liderinə, həm də Avropa Liqasının qrupunda oynayan rəqibə qalib gəlmişdi... Və son turda "Xəzə Lənkəran"ı da məğlub elədi bu komanda.  Bu nəticələr baş məşqçi postunda Aqil Məmmədovu Samir Abbasovun əvəzləməsindən sonra qazanılıb. 

Məşqçinin gətirdiyi yeni iqlim, intizam və s. - bunları kiçiltmədən fokuslanaq pul amilinə. Bu "möcüzələrə" səbəb puldur. Komandanın pul mükafatı məsələsi əvvələ nisbətən formaya düşüb, komanda da "pul taktikasını" təbii ki, yaxşı mənimsəyir və bu, meydandakı oyunda da özünü göstərir.

Eyni şeyi AZAL üçün də demək olar. Həmin komanda, həmin Tərlan Əhmədov baş məşqçi... Uğursuzluq sıralanırdı. Ancaq 7-ci tur, "Rəvan"la oyunda əldə olunan qələbə (1:0) onu göstərdi ki, komandanın çoxdandı ödənməyən, yaxud gecikən maaşı ödənməyə başlanıb. Ondan sonra "Xəzər Lənkəran" səfərində uğursuzluq olsa da (3:1), 9-cu turda "Neftçi" məğlub edildi (2:1), son turda isə liderlərdən olan "Qəbələ" öz evində "təyarəçilər"in müqavimətini qıra bilmədi - 0:0.

Pul əl çirkidir, ancaq o "çirki" təmizləməkçün də pul lazım olur...

Elçin


oxunma sayı: 545 | Paylaş:




?>