')

Bu gün:


FutbolPress.Az | Xarici mətbuata istinad məsələsi haqda (QEYD)

Xarici mətbuata istinad məsələsi haqda (QEYD)


oxunma sayı: 467 Paylaş:

FutbolPressİstinad KİV-in, loru desək, borcudur. Ancaq zaman elə vəziyyət yaradıb ki, bu, mərifət, mədəniyyət göstəricisi sayılır. Ancaq bunu da  gözləməyəndə olur "siz deyəndən"...

Azərbaycan elektron idman KİV-də belə bir tendensiya yaranıb ki, filan sayt filan ölkənin mətbuatına istinadən xəbər verir.. Yaxud "xarici ölkə mediası"na istinadən xəbər verir...

Bu, anlaşılmaz bir şeydir. "Xarici ölkə mediası" hansıdır?

"FutbolPress" oxucuları bilir ki, önəmli hadisə daşıyan məlumatları dərc edəndə, "Xarici KİV" adlandırılan o "mücərrədliyə" yol vermirik. Çünki bu, media etikasına ziddir, KİV qaydalarını pozmaqdır və s.

Bizdə istinad edilən mənbənin adı, bəzənsə keçid düyməsi qoyulur. Yəni vəziyyət o həddədir ki, normal eləməli olduğumuz bir şeyi xüsusi qabardırıq. Neyçün ki, aləm dəyib bir-birinə, indi lap az sayda KİV orqanı tələbələrə əməl edir.

Bəzən görürsən ki, yazılıb - "Qarabağ"ın Avropa Liqasındakı rəqibinin oyunçusu "Qarabağ"la oyundan sonra deyib ki, bu komanda möhtəşəm idi. Başqa bir KİV-də isə onun komanda yoldaşı deyir ki, biz öz qrupumuzda qalib olacağıq, "Qarabağ"a hakim səhvi ilə uduzduq və s.

Mümkündü, ola bilər ki, eyni komandada fərqli fikirli futbolçular olsun. Anormallıq ondadır ki, birinci formada olan KİV misalçün, həmişə "Qarabağ"ın lehinə olanları dərc edir, ikincisi isə sanki acığına, əksi olan materiallara üstünlük verir. Və sanki arada bu mövzuda bir "rəqabət" var. Ancaq onların hansı KİV-ə istinad etdiyi açıqlanmır mətnlərdə. Bəlkə sən özündən düzüb-qoşursan... Ouxucuya bu qədər hörmətsizlik bir yana, öz vəzifəni təhqir etdiyinin fərqində deyilsənmi... Lap özündən düzüb-qoşsan da, alternativ fikirə  yer vermək qaydanın tələbidir. Ola bilməz ki, məsələn, "Qarabağ"ın Avropa Liqasının rup mərhələsindəki bütün rəqibləri, onların baş məşqçiləri və s. bir qayda olaraq "Qarabağ"ı tərifləsin. Kənardan özünə baxmaq vacibdir arada...

"Qarabağ" sadəcə misalçün qeyd edildi, olsun digər məsələlərdə. Bəzən hansısa məşqçinin və ya futbolçunun təbliğatı məqsədilə material və yaxud materiallar dərc olunur. Baxan kimi hiss edirsən ki, bu KİV bu adamı təbliğ edib, Azərbaycanda hansısa kluba "sırımaq" istəyir, yaxud bunu istəyən qüvvələrin əliylə "oynayır". Yenə bunu "xarici mətbuata istinadən" edirlər... Naməlum xarici media...

Dəvəquşu başını quma salıb, qalan heç nədən xəbəri yoxdu - yoxsa necə..? Bu, rəqabətdirmi, jurnalistikadırmı... Özümüzə hörmət qoymağı bacaraq...

"FutbolPress"


oxunma sayı: 467 | Paylaş:




?>