Nikolovun suallara cavabı yoxdur (AÇIQLAMA)
Paylaş:
"İnter"in maliyyə böhranı klubun himayəçisi - Beynəlxalq Bankın İdarə Heytinin sədri Cahangir Haciyevin klubu buraxmasından bir az əvvəl başlamışdı. Bu da ötən mövsümün sonlarına təsadüf edir.
Həm Sxadadzenin vaxtında, həm də o klubu tərk edəndən sonra vəzifəsini təhvil alan Svanadze komandanın əsas problemi kimi maaşların gecikməsi göstərilirdi.
Klubdaxili gərginliklərdən biri də Georgi Nikolovun Azərbaycanı tərk etməyinə qoyulan qadağadır. Bu və başqa suallarla bağlı klubun bolqar prezidentinə müraciət elədik. O, əvvəlcə maliyyə məsələsinə belə izah verdi: “Maddi problemlərin olduğunu qabardanların məqsədi aydın deyil. Araşdırsaq, "İnter"dən daha çox maddi çətinliyi olan, maaşları gecikdirən klublar var, ancaq onlar gündəmə gətirilmir. Mən təbii ki, buna qarışmıram, ancaq "İnter" adından dəqiq deyə bilərəm ki, problem maliyyənin olmamasında deyil, pulun vaxtında köçürülməsindədi. O da yaxın vaxtlarda həll olunacaq. Maaşların gecikməsi heç ikinci aya keçməyib, buna problem demək doğru deyil".
Nikolov Azərbaycanı tərk edə bilməməsinə aydınlıq gətirmək istəmədi: "Mən Bolqarıstanın Azərbaycandakı səfirliyində, Xarici İşlər Nazirliyinə və lazımi orqanlara müraciət eləmişəm. Müəyyən proseslər var ki, onları gözləməliyəm. Mən heç nədən şikayətçi deyiləm, sadəcə, ölkədən çıxışıma qadağa qoyulması qərarına hörmət eləyib, prosesi gözləyirəm. İstəyim sadəcə odur ki, proses çox gecikməsin, mənim də öz işlərim, öz problemlərim var. Ancaq suallar çoxdur, cavablarım isə yoxdur. Cavablar mənə də maraqlıdır, gözləməliyəm".
| Paylaş: