')

Bu gün:


FutbolPress.Az | Klublar Komitəsi ucuz konsertə çevrilməkdədi (QEYD)

Klublar Komitəsi ucuz konsertə çevrilməkdədi (QEYD)


oxunma sayı: 513 Paylaş:

FutbolPressOktyabrın 29-da “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçiriləcək. İclas saat 11:00-da başlayacaq. 

Mənbə: affa.az

Yoldaşlar, bu, AFFA saytının manşetində verilib. Elə bu dəqiqələrdə imkanı olanlar qurumun saytına daxil olub, manşetdə nə boyda miqyasda görükən, içini açanda isə cıqqılı bir məlumatdan ibarət xəbəri görmək şansı yaxalayacaqlar.

***              ***              ***

Zarafat bir yana, bəylər, bəlkə bu sevdanı atasınız bir kənara. AFFA baş katibi Elxan Məmmədov, bu sual konkret sizə aiddir, bəlkə Klublar Komitəsi adlı konsertə son verəsiniz...

Çünki artıq nə məqsədi bəllidir, nə faydası, nə məramı. Hətta vəziyyət o həddədir ki, əvvəllər heç olmasa tədbirdə nələrin müzakirə olunacağı bilinirdi, mövzular əvvəldən açıqlanırdı, indi o da yoxdur - cəmi bir cümlədən ibarət xəbər.

Sürprizmi hazırlayırsınız, ki gedib məhz ədbirdə bilək nədir məsələ...?

Hər işin bir qaydası var. Bu cür işlərin də qaydası sadəcə odur ki, sən nə üçün toplaşdığını, nəyi müzakirə etmək istədiyini, heç olmasa, açıqlamalısan...


oxunma sayı: 513 | Paylaş:




?>