')

Bu gün:


FutbolPress.Az | "FutbolPress" və 6-cı hiss... (PRİTÇA)

"FutbolPress" və 6-cı hiss... (PRİTÇA)


oxunma sayı: 481 Paylaş:

FutbolPress(Bir bazar günü qeydi)

Hörmətli dostlar, tanışlar, yaxın və uzaqlar, oxucular və s. Gələn həftənin tamamında "FutbolPress.Az"ın düz 6 yaşı olacaq (1 il də qəzet kimi fəaliyyəti nəzərə alsaq, 7 il).

Şəxsən mənimçün ən əziz günlərdən biri...

Mənim iki övladım (Sizinkilərə sağlıq, olmayanlara qismət!) var. Birinin ad günü bu gündü - 5 yaş, kiçiyininki sabah - 2 yaş.
İkisi də oğlandı.

...Ancaq mənim üç övladım var. Qızım yoxdur deyə, böyüyünü, 6 yaşlı övladımı qız hesab edirəm. Ona elə qız atası kimi davranmışam.
Qadın elə mövzudur ki, əsl kişi o haqda heç vaxt yalan danışmaz. Məni tanıyanlar bilir, tanımayanlara isə deyim ki, bu saytı qız isməti kimi - mübarək hislərlə qorumuşam. Doğru, dürüst, təmiz və sevərək... Sevinirəm ki, ona verdiyim tərbiyə ona yaxşı dostlar qazandırıb, hörmət qazandırıb.

Həqiqətən, 6 il keşməkeşli keçdi. Mən çox "qısqanc atayam", "qızımı" layiq olmadığı mühitdən uzaq tutmuşam, bu müdaxiləm, fikrimcə, onunçün faydalı olub. Onu pisliklərdən qorumaq üçün cibimin haçan boş, haçan dolu olduğunu hiss etdirməmişəm... Tam imkansız olanda, aciz, asılı görünməsin deyə, "evdən bayıra çıxarmamışam" (Qapatmışam, fəaliyyət dondurulub).

Hər şey bu övladın dürüst böyüməsi üçündür. Mən bu yolda çox yaxşı dostlar da qazanmışam. Çətin olsa da xoşdur, çünki çox xoş vaxtları da olub.

Deyir, qız övladı özünü çox istədir. Belədir, doğrudur. Çox istəmişəm gedim bu işdən; xeyli başqa yaxşı imkanlar da olub, ancaq istək qoymayıb uzaqlaşım..:)

Davam edirik...

Hörmətlə: Elçin Cəlilov


oxunma sayı: 481 | Paylaş:




?>