')

Bu gün:


FutbolPress.Az | 7:0-lıq məğlubiyyətə görə absurd cəzalar (QEYD)

7:0-lıq məğlubiyyətə görə absurd cəzalar (QEYD)


oxunma sayı: 552 Paylaş:

FutbolPressDünən  AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər.

Aparılmış müzakirələrdən sonra:

1. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

2.  21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə (Yeddi cavabsız qolla uduzulan) səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb.

3. U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb.

7:0 hesabı ilə uduzan komanda və məşqçiyə problemin hiss etdirilməsi, çıxış yollarının göstərilməsi və qarşıya qoyulan məqsədlərin göstərildiyi 3 bəndə diqqətlə fikir verin.

Bu cür yanaşma ilə problem həll olarmı? 

Futbolçunun bir neçə günlük gündəlik  səfər xərcinin ödənməməsi – bu qədər əbləh cəza forması olar?

Həm də bu, ezamiyyə puludur və Nazirlər Kabinetinin qərarı əsasında, yəni qanunla tənzimlənən bir şeydir. Futbolçunun 7:0 uduzmasına görə ezamiyyə xərcinin kəsilməsi arasında  hansı rabitə ola bilər...  Bu nə cəza növüdür? İK-dan kim verib bu ideyanı? Pul məsələsini kim qabarda bilərdi... Niyə qabardıb, hansı məntiqə söykənib, bu fikrə gəlib?

Futbolçuların həqiqətən zədəli olub-olmaması məsələsinə gəlincə, bu, lap absurddur. Məgər yığmanın həkimləri yoxdurmu? Futbolçuya dəvət göndəriləndə onun fiziki vəziyyəti haqda məlumat olmurmu? Məlumatın doğruluğu yoxlanmırmı vaxtında? İndi niyə yoxlanır?
Lap yoxlansa və kiminsə yalan dediyi üzə çıxsa, nə olacaq?

1. Döyəcəksiz? - Yox...
2. Küsəcəksiz? - Yox...
3. Millidən qovacaqsız? - Yalan dediyinə görə oyunçu qovulacaqsa, onda özünüzü də qovarsınız ki, adi yalanı sizə rahatca sırıyıb kimsə...

Görüntü xatirinə iclas niyə keçirdirsiniz, hörmətli İK? Bütün bunların 7:0 uduzmağa nə dəxli? Komandanın dərdi-azarı bunlar imiş? Bunları eləsəniz, daha 7:0 uduzmayacaqlar, yainki necə...

“FutbolPress”


oxunma sayı: 552 | Paylaş:




?>