')

Bu gün:


FutbolPress.Az | Quliyev getdi, Əliyev namizəddi.. və Qurbanov təcrübəsi (YAZI)

Quliyev getdi, Əliyev namizəddi.. və Qurbanov təcrübəsi (YAZI)


oxunma sayı: 582 Paylaş:

FutbolPressBundan əvvəlki tur Azərbaycan Premyer Liqasının cari mövsümündə məşqçi istefasının siftəsi oldu. “Rəvan”ın uğursuz nəticələri Emin Quliyevi  ayrılıq ərizəsi yazmağa sövq elədi. Ancaq məsələnin başqa yönü  mütləq var idi. Onu da Quliyev “Futbol+”ə açıqlamasında açıb:

“Onu bilirəm ki, bəzi futbolçular oynamadılar. Mən də futbolçu olmuşam. Hər dəfə eyni adamlar eyni səhvləri edirdilər. Heç kimin babalını yuya bilmərəm, amma Allah hər şeyi görür. Məncə, həmin futbolçular klubun daxilində kimlərinsə sifarişlərini yerinə yetirirdilər. Nə oldu, yeni başlayanda yaxşı çıxış edirdilər, sonradan oynamadılar? Hər dəfə mənim ayağımın altını qazırdılar. İstəyirdilər, buyursunlar, işləyib özlərini göstərsinlər. Halbuki onlar klubun yaxşı vaxtlarında işləyiblər və heç nə etməyiblər. 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Amma başqalarına "torba tikirlər". Belə olmaz axı. Nə qədər ki, klubda belə adamlar işləyir, nəticə olmayacaq. Jurnalistlər "Rəvan" haqda nə yazırsa, hamısı düzdü. Moskvadan uşaqları ac-susuz gətiriblər. Özümüz yoldaşlıq oyunlarına gedəndə uşaqlar ac qalırdı. Belə problemlər üst-üstə yığılır, sonra da "nəticə" görünür. Klub daxilində elə şeylər baş verir ki, heç Nuru Əliyevin ondan xəbəri olmur. Klubda olan "köhnə qurdlar"mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər. Azərbaycanda futbol adamları nə qədər işləməsə, belə olacaq".

1. Heç şübhəsiz ki, Emin Quliyev, “7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər” – deyərkən, Bəhmən Həsənova eyham vurub. 7 olmasa da, adam düz 4 dəfə məşqçi gətirilib və qovulub və gətirilib və...

2. Əsas məsələ  isə budur ki, Quliyev  bu məqama diqqət yetirməliydi: “Klub daxilində elə şeylər baş verir ki, heç Nuru Əliyevin ondan xəbəri olmur”. Məsələ məhz burdadı. Bu məqam problemlərin əsasıdır, nüvəsidir, mantiyasıdır... Niyə klub rəhbərinin olanlardan xəbəri olmasın?

Deməli, “Zirə” ilə oyundan sonra “Qarabağ”ın (4:1) baş məşqçisi Qurban Qurbanov qələbəni növbəti dəfə sadəlövhlüklə şərh edəndən sonra ona verilmiş sual əsasında belə bir cavab verdi: “Mən də məşqçiliyə başlayanda istefa qışqıran azarkeşlər olub. Əvvəl narahatlıq olur, ancaq sonradan belə məqamlarda nə cür davranmalı olduğunu öyrənirsən. Məşqçi klub rəhbərliyi ilə sıx ünsiyyətdə, əlaqədə olmalıdır. Rəhbərlik onun fikirlərini bilməlidir. Mən belə etmişəm. Nə planım olub, nəyi dəyişmək və yaxud ümumiyyətlə, nəsə iş görmək istəmişəmsə, bu, daim rəhbərliklə müzakirə şəraitində mümkün olub. Məncə, bunda fayda var. Məşqçi klub rəhbərliyi  ilə birbaşa kontaktda olmalıdır, onun fikirlərini bilməlidir”.

Quliyev isə nə deyir? Aydındır...

Bu təhlükədən biri də “Neftçi”nin baş məşqçisi Samir Əliyevin başı üzərindədir. O da keçən tur “Qəbələ” məğlubiyyətindən (0:1) sonra istefa ərizəsi yazacağını demişdi, hərçənd sonradan klub idarəçilərinin istefanı qəbul etmədiyi açıqlanmışdı. Ancaq fakt faktlığında qalır. Uğursuz nəticlər Əliyevi də narahat edir və o, belə vəziyyətdə vəzifəsində qalmaq istəmir. Məsələ də bundandır ki, belə vəziyyətin səbəbkarı/baiskarı sırf Əliyevdirmi... "Torbada pişik"dən-filandan...

Quliyevin rəhbərliklə birbaşa kontaktda olmamağın güdazına getdiyi aydın görünür, növbəti qurban Əliyev olmasın deyə, Qrbanov təcrübəsinə üstünlük verilməsi məntiqəuyğun olar...

Elçin CƏLİLOV


oxunma sayı: 582 | Paylaş:




?>