')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədovun diletantlığı (QEYD)

Xaqani Məmmədovun diletantlığı (QEYD)


oxunma sayı: 527 Paylaş:

FutbolPressPremyer Liqanın VI turunda "Qarabağ" - "Neftçi" matçı hakim qalmaqalı ilə "fərqlənmişdi". Matçın 90-cı dəqiqəsində qonaqların qapısına təyin edilən penalti qərarına görə tənqid atəşinə tutulan Fariz Yusifov Hakimlər Komitəsindən də tənqid və cəza payını almışdı - 5 oyun...

Maraqlı məqamdır ki, həmin hadisəylə bağlı HK sədri Xaqani Məmmədov müsahibəsində Yusifovu açıq tənqid eləmiş, qərarının yanlış olduğunu, cəzalanacağını açıqlamışdı. 

Ancaq "İnter" - "Qarabağ" (0:2) matçının son dəqiqələrində verilən və baş məşqçi Qurban Qurbanovun göstərişi ilə bilərəkdən qapıdan kənara vurulan penaltiyə görə isə baş hakim Elvin Əsgərov haqda bir kəlimə də deməyib. Məmmədov müsahibəsində, "Mən hakimin qərarını şərh etməyəcəm və bu haqda heç nə deməyəcəm" deyə, israr edib.

OK, bu nə deməkdir? 

Məmmədovun leksikonundan çıxarış edərək, buna bir diaqnoz qoymaq olar: diletantlıq. 


oxunma sayı: 527 | Paylaş:




?>