Yunis Hüseynov istefa verib, yoxsa...? (QEYD)
Paylaş:
2012-ci ildə "Simurq"a məğlubiyyətdən sonra (2:0) istefa verdiyini açıqlayan Yunis Hüseynov həmin vaxt yox, bir müddət sonra.. qovuldu. Qovulma məqamına az sonra qayıdacağıq.
"Xəzər Lənkəran" bir daha onu 2014-cü ilin sentyabrında qaytardı. Əvvəlcə idman direktoru kimi, sonra baş məşqçi postunu bir müddət idarə eləyən Elbrusun yerinə...
Dünən "Qəbələ" səfərində 6 cavabsız qol yeyən "gəmiçilər"in bərbad vəziyyətdə olduğu növbəti dəfə göründü. Oyunsonrası mətbuat konfransına qatılmayan Hüseynovun istefa verdiyi xəbəri var, ancaq rəsmən hələ heç bir açıqlama yoxdur.
Qayıdırıq qovulma məqamına... "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov idarəsi altına olanlardan kiminsə istefa verməyini xoş halla qəbul edə bilmir. Yəni istefa ərizəsinə qol çəkməyi sevən şəxs deyil. Buna aid kifayət qədər nümunələr var. O, bir müddət keçəndən sonra istefa "sevdasına" düşmüş şəxsi qovmaqla "heyfini alır".
Odur ki, istefası qəbul olunmayan Hüseynovun - işlər qaydasına düşməzsə - qovulacağı xəbəri uzaqda deyil.
Bu da təii ki, Yunisovun peşə nüfuzuna növbəti zərbə olacaq.
| Paylaş: