')

Bu gün:


FutbolPress.Az | Azərbaycan futbolunun faciəsi Tərlan Əhmədovun diliylə (QEYD) 

Azərbaycan futbolunun faciəsi Tərlan Əhmədovun diliylə (QEYD) 


oxunma sayı: 924 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasının autsayderləri  - AZAL və “Rəvan” qarşılaşırdı (1:0). Hər ikisində pul yoxluğu aşkar məsələdir.

Ancaq oyunsonrası mətuat konfransına “Rəvan”ı çalışdıran Emin Quliyev səhhətində problem olduğunu əsas kimi təqdim edərək gəlməmişdisə,   “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədovun çıxışı əməlli-başlı mövzu oldu. Onun dedikləri ümumi Azərbaycan futbolunun faciəvi mənzərəsi idi. Doğru sistemin olmaması, futbolda maddi   gəlirin yoxluğu, bnunçün  infrastrukturun əmələ gəlməsi istiqamətində istlahatların gözə dəyməməsi, sadəcə, müəyyən iş adamlarının “büdcədən” sərf edərək klub saxlaması kimi amillərin absurd reallıq olduğu aydın şəkildə gözümüzün önünə sərildi.

Əgər neft qiyməti aşağı düşürsə/düşərsə, futbol iflic vəziyyətə qalar. Tamamilə “tək əl”lərdən asılı dolan ölkənin bu sektorunda iflasın bariz nümunəsi Əhəmodun dediklərində əksini tapır: “Pul yoxdu. Pulsuzluq da, təbii ki, oyunumuza pis təsir edir. Sən futbolçunun maaşını, mükafatını vaxtında verməyəndə ondan istədiyini də tam ala bilmirsən. 7 aydı ki, məvaciblər verilmir. Ötən ildən qalan borclar asta-asta ödənilir, ancaq bu gedişlə komandanı hansısa oyuna motivasiya eləmək çətindir, hətta deyərdim ki, mümkünsüzdür. Keçən mövsüm birtəhər, xətir-hörmətə uşaqları mübarizəyə kökləyirdim, bu il bunu etmək də çox çətin olub.

Bir sözlə, vəziyyət yaxşı deyil. Belə vəziyyətdə hansısa uğurdan, nəticədən danışmaq özü bir az absurddur”.

P.S. Eyni tale hər bir klubu gözləyir. Klub sahibi müflis olsa, həmin klub da çökəcək. Səhmli sahiblik, reklam gəlirlərinin olmaması, futbolçu transferlərindən gəlirin yoxluğu, ümumiyyətlə, maliyyə siyasətinin yoxluğu kimi absurd durum ölkə futbolunu hər an çökmək təhlükəsinin kandarında saxlayır. 

Elçin CƏLİLOV


oxunma sayı: 924 | Paylaş:




?>