')

Bu gün:


FutbolPress.Az | Defur ağzına gələni danışıb? (MƏZƏ-MÜZƏ)

Defur ağzına gələni danışıb? (MƏZƏ-MÜZƏ)


oxunma sayı: 663 Paylaş:

FutbolPress"Qarabağ" - "Anderlext" oyunundan (1:0) sonra rəqib komandanın oyunçusu Stiven Defurun müxtəlif KİV-lərdə açıqlaması çıxıb. Birində deyib ki, məğlubiyyətə bərbad qazon səbəb oldu, başqasında bildirib ki, belə ot örtüyü yaxşı oynamağımıza mane oldu, başqa birində isə lap "ağını çıxardıb": Ot örtüyünün pis olması məğlubiyyətə haqq qazandırmamalıdır.

Bu adam bu qədər fikir ayrılığına niyə düşüb?

Ümumiyyətlə, hansısa mətni hansısa xarici ölkənin mediasından götürəndə, mümkünsə, o medianın adını da qeyd eləyin. Biz belə edirik. Bəlkə yalandan yazırsan, oxucu mənbənin dəqiq olub-olmadığına necə əmin olsun?

Bir dəfə yazılmışdı ki, İtaliya mətbuatının məlumatına görə filan italyan məşqçi Azərbaycan yığmasının baş məşqçiliyinə namizəddir. Tam bir gün bütün İtaliya mətbuatında axtarış apardıq, elə xəbərə rast gəlmədik. Çox olur belə hallar...
İndi də bu Defur "düşüb ortaya", hər sayta bir söz deyir. Olmadı ki...

"Qarabağ" hansına daha çox reklam verir, Defur həmin saytda "ot örtüyünün məsələyə dəxli yoxdu, uduzmalıydıq, uduzduq" deyib, hansına reklam az verir, Defur həmin saytda bildirir ki, "Ot örtüyü mane oldu", hansına ümumiyyətlə reklam verilmir, həmin bu Defur saytda hay-şüvən qoparır ki, bu nə qazondu, bizi uduzdurdu. Hahaa...


oxunma sayı: 663 | Paylaş:





?>