')

Bu gün:


FutbolPress.Az | Fariz Yusifov penaltiyə görə cəzalanacaq (MÜSAHİBƏ)

Fariz Yusifov penaltiyə görə cəzalanacaq (MÜSAHİBƏ)


oxunma sayı: 727 Paylaş:

FutbolPress"Qarabağ" - "Neftçi" matçında (1:1) Fariz Yusifovun son dəqiqədə ev yiyəsi komandanın lehinə verdiyi penalti narazılıq yaratmışdı. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov müsahibəsində məsələyə aydınlıq gətirir: 

- Topaz Premyer Liqasının VI turunda baş tutan “Qarabağ” – “Neftçi” matçının hakimliyi barədə çox narazılıq oldu. Həmin görüşün baş hakimi olan Fariz Yusifovun idarəçiliyini siz necə dəyərləndirirsiz?
- Bəri başdan deyim ki, baş hakim oyunu imkanlarından aşağı səviyyədə idarə etdi. Mən özüm o matçda olmamışam, həmin gün “Sumqayıt” – AZAL görüşünün hakim-inspektoru idim. Səhəri günü izlədim.

- Ən çox müzakirə mövzusu penalti epizodu idi. Sizcə, baş hakim doğru qərar vermişdi?
- Görüntülərə əsasən deməliyəm ki, orda penalti görmədim. Düzdü, baş hakim epizoda yaxın idi. Amma fikrimcə, penalti yox idi.

- Yan xətt hakimləri də bəzi yanlış qərarları ilə diqqət çəkdilər. Əksər hallarda isə epizoda yaxın olsalar da, bayrağı qaldırmaq üçün baş hakimin fitini gözləyirdilər...
- Hər iki köməkçinin idarəçiliyi yüksək səviyyədə idi. Bəzi mübahisəli epizodlar var idi. Biz onların hamısını təhlil etmişik. Deməliyəm ki, bütün epizodlarda yan xətt hakimləri düzgün qərar vermişdilər. O ki qaldı bayrağı gec qaldırmağa, bu, matçdan öncə hakimlər arasında olan söhbətdən asılıdı. Təlimatlandırma olur. Baş hakim hansı qərarı verirsə, onlar da o cür hərəkət edirlər. Görüşdən öncə öz aralarında danışırlar ki, epizodlarda bayrağı qaldırmağa tələsməyin, baş hakimi gözləyin. Bu matçda yeganə problem baş hakimlə bağlı idi.

- Erik Ramosun passivində sarı vərəqə olarkən əks-hücum zamanı Əfran İsmayılova qarşı kobud oynadı. Top “Qarabağ”da qaldığı üçün baş hakim üstünlüyə buraxdı. Lakin top meydançadan çıxdıqdan sonra baş hakim onu cəzalandırmadı...
- Düzdü, hamımız Ramosu vərəqə alan futbolçu kimi tanıyırıq. Həmin epizodda o, düşüncəsiz yox, ehtiyatsız hərəkət etdi. Orda vərəqəlik heç nə yox idi.

- Penalti yerinə yetirildikdən sonra Samir Məsimov hakimin yanına gəlib, onu alqışlamağa başladı. Bu isə etiraz əlaməti idi. Halbuki həmin vaxt Məsimovun passivində sarı vərəqə var idi. Sizcə, baş hakim onu meydançadan qovmalı idi?
- Düzü, mən bunu görməmişəm. Amma futbolçu əgər bu cür hərəkət edibsə, mütləq sarı vərəqə ilə cəzalandırılmalıdı. Hakimi ironiya ilə alqışlamaq vərəqəlik hərəkətdi.

- Həmin turun “İnter” – “Kəpəz” oyununda Bəxtiyar Soltanov sarı vərəqə aldıqdan sonra baş hakim Rauf Cabbarovun yaxasından çəkdi. Referi ona qırmızı vərəqə göstərməli deyildi?
- Mən də əvvəlcə belə bilirdim. Amma PFL-in çəkdiyi kadrlara baxandan sonra gördük ki, futbolçu hakimə toxunmur. Əlini uzadır, amma dəymir. Mən bu epizoda xüsusi olaraq bir neçə dəfə baxdım. Toxunuş olsaydı, dərhal ikinci sarı vərəqə göstərilməli idi.

- Sizin də canlı izlədiyiniz “Sumqayıt” – AZAL matçından sonra meydan sahibləri Rəhim Həsənovun idarəçiliyindən narazı qalmışdılar. Siz, həmin görüşün idarəçiliyi barədə nə deyə bilərsiz?
- “Sumqayıt”ın futbolçuları həmin oyunda 6 sarı vərəqə aldılar. Sizi inandırım ki, ən azı 2 vərəqələri də verilmədi. Göstərilən vərəqələrin hamısı doğru idi. Onları çəkmişik, sayta da qoyacağıq ki, hamı baxsın. Meydançadan qovulan futbolçuya göstərilən hər iki sarı vərəqədə düzgün qərar verilmişdi.

- Topaz Premyer Liqasında artıq 6 tur geridə qalıb. İlk 6 tura əsasən hakimlikdən razı qaldınız?
- “Qarabağ” – “Neftçi” oyununu çıxmaq şərti ilə hakimlik normaldı. Kimlərəsə kənardan hansısa epizod penalti və ya qırmızı vərəqə kimi görünə bilər. Biz onlara baxdıqdan sonra görürük ki, hakimin qərarı düzdü. Yalnız  “Qarabağ” – “Neftçi” görüşündə ciddi səhvlər oldu.

- Buna görə Fariz Yusifov cəzalandırılacaq?
- Mütləq. Düzdü, biz bunu açıqlamırıq, amma cəza olacaq.// "apasport"


oxunma sayı: 727 | Paylaş:




?>